Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!
Elm & Texnologiya
23.07.2024
Farid Pardashunas
Alimlər, Günəş sisteminin ikinci planeti və planetlərin ən istisi olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementləri aşkar ediblər.
Alimlər, Veneranın buludlarında ammonyakın olduğunu və buna görə də orada yadplanetli orqanizmlərin ola biləcəyini proqnozlaşdırırlar. Bu açıqlamadan sonra Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi kimi qurumlar: Venera ilə daha çox maraqlanmağa başlayıblar. Astronomlar, Havaydakı James Clerk Maxwell Teleskopunun (JCMT) Venera layihəsindən və ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) 1978-ci ildə buraxılmış "Pioneer Venus 2" atmosfer zondlarından əldə edilən məlumatları araşdırıblar.
Araşdırmada təqribən 55 kilometr yüksəklikdəki Veneranın buludlarında oksigensiz mühitlərdə yaşayan mikrobların çıxardığı fosfin qazı və ammonyak molekullarının varlığına dair ipuçları əldə edilib. Londra Imperial College-dən Dr. Dave Clements və komandası fosfin, kükürd dioksidi və su da daxil olmaqla müxtəlif digər molekulları aşkar etmək üçün JCMT-Venera layihəsi məlumatlarından istifadə ediblər. Clements, qeyd edib ki, onlar Pioneer Venus zond məlumatlarına uyğun olaraq təxminən 55, 56, 57 kilometr yüksəkliklərdə milyonda bir hissə səviyyəsində fosfin aşkar ediblər.
Clements, açıqlamada "Veneranın atmosferində qəribə şeylər var. Fosfin yeni ortaya çıxan bir maddədir. Bundan əlavə, atmosferdə su və kükürd dioksidin miqdarı zamanla dəyişir. Səbəbi isə bilinmir" sözlərini deyib. Dəyişikliklər geniş miqyasda müşahidə edilmir, lakin məlumdur ki, onlar günlərdən illərə qədər müxtəlif zaman dövrlərində dəyişir. Qrup həmçinin Pioneer Venus 2 zondlarından əldə edilən məlumatları əsasında buludlarda ammonyakın ola biləcəyinə dair tapıntılar da əldə edib. Qayalı planetdə ammonyakın olması güclü bioloji imza hesab olunur. Tapıntı, Venerada həyatın olduğunu tam sübut etməsə də, alimlər burada ammonyakın necə əmələ gəldiyini anlamağa çalışırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!
Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!
Qalaktikamızın mərkəzində kainatdakı ən nadir qara dəlik növlərindən biri olan yeni ara kütləli qara dəlik aşkar edilib. Yeni kəşf edilən qara dəliyin təfərrüatları bunlardır...
Dünyanın ilk karbon nanoboru tenzor prosessor çipi hazırlanıb!
Dünyanın ilk karbon nanoboru tenzor prosessor çipi hazırlanıb!
Çin, dünyada ilk karbon nanoboru əsaslı tenzor prosessor çipini (TPU) hazırlayıb. Pekin Universitetinin Elektronika Fakültəsinin Karbon Əsaslı Elektronika Tədqiqat Mərkəzindən Peng Lianmao və Zhang Zhiyong-un rəhbərlik etdiyi komanda, bu böyük uğura nail olub.
Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
Çinli alimlər, günəş enerjisi ilə işləyən ən kiçik və ən yüngül uçuş aparatını hazırlayıblar. Yeni uçuş aparatı, insanın ovucuna sığacaq qədər balacadır və günəş üzərinə düşdüyü müddətcə uça bilir.
Venera atmosferində bioloji həyata işarə edən qazlar yenidən aşkar edilib
Venera atmosferində bioloji həyata işarə edən qazlar yenidən aşkar edilib
Alimlər bildiriblər ki, yerüstü teleskoplar vasitəsilə Venera planetinin yeni müşahidəsi nəticəsində onlar bu planetin atmosferində iki qazı aşkar ediblər. Söhbət, fosfin və ammonyakdan gedir.
NASA, ilk dəfə kosmosda mahnı ifa edib!
NASA, ilk dəfə kosmosda mahnı ifa edib!
NASA, hip-hop mahnısını birbaşa kosmosa göndərməklə tarixdə bir ilkə imza atıb. DSN metodundan istifadə edərək Veneraya mahnı göndərən NASA, dərin kosmos missiyaları üçün əsas rabitə sisteminin müvəffəqiyyətlə sınaqdan keçirildiyini bildirib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!