main-post-cover

    Venesuela ikinci dövlət kriptovalyutasının yaradılmasını elan etdi

    Elm & Texnologiya
    22.02.2018
    Farid Pardashunas
    Venesuela-nın prezidenti Nicolas Maduro ikinci dövlət kriptovalyutasının yaradıldığını bildirdi.
        İkinci kriptovalyuta Petro Oro adlanır və qızıl tərəfindən dəstəklənir. Dünən biz Venesuela-nın El Petro adlı birinci kriptovalyuta yaratması haqqında xəbər vermişdik. İkinci kriptovalyuta qızıl tərəfindən dəstəklənirsə, El Petro neft tərəfindən dəstəklənir. Qeyd etmək lazımdır ki, dövlət 100 milyon El Petro buraxmağı planlaşdırır. Onlardan 82.4 milyonu ilkin mərhələdə investorlar üçün aktiv olacaq. El Petro o nadir kriptovalyutalardan biridir ki, real aktivlər vasitəsilə dəstəklənir.
        Ölkə prezidenti El Petro-nu yerli neft ilə təmin etməyi söz verib. Buna görə də kriptovalyutanın qiyməti Venesuela neftinin bir barrel qiyməti ilə eyni səviyyədədir. Yəni 60$. Prezidentin göstərişinə əsasən kriptovalyuta üçün 5 milyard barrel neft ayrılıb. Prezident əmindir ki, kriptovalyuta sayəsində ölkə xaricdən investisiyalar cəlb edə biləcək və bu da öz növbəsində ölkədəki krizisin aradan qaldırılmasına yardımçı olacaq. İndi isə Maduro daha bir kriptovalyutanın istifadəyə verilməsi barəsində planlarını açıqlayıb. Prezident PPT partiyasının üzvləri ilə görüşdə bildirib ki, Petro Oro adlı yeni kriptovalyuta El Petro-nun bazarda möhkəmlənməsi hesabına daha güclü effekt yaradacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər