main-post-cover

    Video köməkçi hakim sisteminin qarşıdakı Dünya Çempionatında istifadə olunması təsdiqləndi

    Elm & Texnologiya
    19.03.2018
    Orxan Oguz
        Video köməkçi hakim (VAR) sisteminin futbolda yeri olub-olmadığı, sistemin yoxlanışının başladığı gündən bu yana tez-tez müzakirə olunur. Amma dünya futbolunun ən üst qurumu FIFA, deyəsən texnologiyanın tətbiq olunması barədə qərarını artıq verib.
        FİFA, yayda Rusiyada keçiriləcək Dünya Çempionatında VAR sisteminin istifadə olunmasını təsdiqlədi. VAR sistemi sayəsində hakimlər mübahisəli epizodlarda dəqiq qərarlar vermək üçün video görüntülərdən yararlanırlar. Sistem, hakim səhvlərinin minimuma endirilməsi və Dünya Çempionatına hakim təsirinin qarşısını almaq məqsədi daşıyır.
        VAR sistemi üçün bugünə qədər tətbiq olunan testlərin hələ sözün əsl mənasında məmnuniyyətlə qarşılandığını demək o qədər də asan deyil. Baş tutan yoxlanışlarda VAR sayəsində bəzi səhv qərarların qarşısını almaq mümkün olsa da bəziləri düşünür ki, bu sistem oyunun tempini çox yavaşladır.
        Sistemdəki görüntülər stadion xaricindəki mərkəzdə yerləşən video hakim tərəfindən dəyərləndirilir. Dünya Çempionatı əsnasında da bu mərkəzin Moskvada yerləşdiriləcəyi bildirilir. Almaniyada Bundesliga oyunlarındakı VAR yoxlamaları zamanı nəzarətçinin rüşvət alaraq oyun nəticələrini manipulyasiya etməyə çalışdığı iddiası Dünya Çempionatı mövzusunda da suallar yaradır.
        Video köməkçi hakim sisteminin gələcəyi baxımından Dünya Çempionatı vacib bir yoxlama olacaq. Hal-hazırda, FİFA-nın bu texnologiyanın tətbiq olunması barədə vergi tələbi görünmür. Dünya Çempionatında qazanılan təcrübə uğurla nəticələndiyi halda sistemin digər daxili çempionatlarda istifadəsi intensivləşəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər