Logo
    main-post-cover

    Videooyun aksessuarlarının istehsalçısı "Razer"in ilk smartfonu haqqında məlumatlar sızdırıldı

    Bu həftə nüfuzlu mənbələrdən biri, “Razer” şirkətinin, öz smartfonunu istehsal edəcəyi barəsində tutarlı sübutlar təqdim etdi.
    Qeyd etmək lazımdır ki, bu ilin yay fəslinin əvvəlində internetdə şaiyələr yayılmışdı ki, oyun aksessuarları sayəsində gamerlər arasında tanınan “Razer” şirkəti, öz smartfonunu təqdim edəcək. Bu cür qərar ilk öncə sənayedə mövqeni bərkitmək və mobil gaming sahəsini ayağa qaldırmaq baxımından məntiqlidir. Məşhur GFXBench saytında isə Android Razer Edition adlı smartfonun test müddətindəki məlumatları əks olunub.

    GFXBench saytındakı məlumatlara əsasən sözügedən smartfon, 2560x1440 piksel keyfiyyətli 5.7 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 qrafik sürətləndirici, 8 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəyi qeyd olunmayıb), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon, Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Ənənəvi olaraq smartfonun təqdimatı, qiyməti və dizaynı barəsində məlumatlar təqdim edilməyib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Videooyun aksessuarlarının istehsalçısı "Razer"in ilk smartfonu haqqında məlumatlar sızdırıldı | Technote