
Vine yaradıcılarından Hype adlı yeni videoservis
Elm & Texnologiya
07.05.2017
Farid
Vine videoservisinin yaradıcıları Hype adlı yeni servisini təqdim edib.
2012-ci ildə "Twitter” tərəfindən
alınmış Vine videoservisnin bağlanması xəbərindən sonra sözügedən servisin
yaradıcıları iOS platforması üçün Hype adlı yeni servisini təqdim ediblər. Hype-ı digər videoservislərdən fərqləndirən əsas cəhət canlı yayım zamanı bir
neçə məzmunu paylaşmaq imkanıdır. Məsələn canlı yayım zamanı istifadəçi yayıma
daha əvvəl yaradılmış materialları əlavə edə, kommentləri digərləri üçün göstərə,
musiqi qoşa və emosiyalar əlavə edə bilər. Əks olunan videonun formasını da
istifadəçi özü seçmək hüququna sahibdir. Bu funksiyalara malik olan Hype-ı bir
çox müxtəlif tətbiqetmələr üçün istifadə etmək olar. Hype həmçinin keçmiş
yayımları təkrar əks etdirmək, Facebook və Twitter vasitəsilə avtorizasiya etmək
funksiyalarına sahibdir. Sözügedən sosial şəbəkələr vasitəsilə Hype-a daxil
olan zaman isə videoservisdəki məzmunları həmin sosial şəbəkələrə yükləmək
olar. Tətbiqin yaxın zamanda Android platformasına da gələcəyi qeyd olunub.
İstifadəçilər Hype-ın iOS versiyasını burdan yükləyə bilərlər.
Paylaş
Bənzər xəbərlər