main-post-cover

    Virgin Galactic şirkətinin SpaceShip Two kosmik aparatı ilk dəfə olaraq kosmosa yollandı (VİDEO)

    Elm & Texnologiya
    13.12.2018
    Farid Pardashunas
        Richard Branson-un Virgin Galactic şirkətinin kosmosa olan yolu heç də asan olmayıb. Aerokosmik sahədə fəaliyyət göstərən bütün şirkətlərdə uğursuz uçuşlar olur. Lakin Virgin Galactic şirkətindən söz gedəndə 2014-cü ildə baş vermiş test uçuşu zamanı bir pilot həyatını itirmişdi. Bu hələ o halda baş vermişdi ki, həmin hadisədən 4 il öncə SpaceShip Two kosmik aparatı öz ilk test uçuşunu reallaşdırmışdı.
        Beləliklə həmin dəhşətli hadisədən 4 il sonra Virgin Galactic şirkəti öz kosmik aparatının kosmosa çıxışı üzrə tam test uçuşunu reallaşdırdı. Bundan öncə şirkətin aparatları kosmosa çıxmaq üçün olan sərhədi keçmirdilər. Reallaşdırılmış yeni test uçuşu zamanı SpaceShip Two kosmik gəmisi 82.7 kilometr yüksəkliyə çatıb. Bu cür göstəricini kosmosa çıxış kimi adlandırıb-adlandırmamaq artıq mübahisəli bir məqamdır. Belə ki, bu baxımdan sərhədin təyin edilməsi üçün müəyyən bir göstərici yoxdur.

        Məsələn ABŞ-ın hərbi hava qüvvələrinə əsasən kosmik məkan 80.45 kilometr hündürlükdən sonra başlayır. Buna görə də bu göstəriciyə görə Virgin Galactic şirkəti tapşırığın öhdəsindən gəlib. White-Knight Two təyyarəsindən ayrılandan sonra kosmik aparatın mühərrikləri yalnız 1 dəqiqə çalışıblar. Kommersiya məqsədli uçuşlara gəldikdə isə hələ bu ilin yaz fəslində ilin sonundan söhbət gedirdi. Lakin görünür, şirkətin planları dəyişib. Şirkət kosmik turistlərin kosmosa nə zaman yollanacaqları üzrə dəqiq bir məlumat vermir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər