
'Virgin Group' şirkətinin CEO-su Richard Branson özünün sayca 4-cü aerokosmik şirkətini yaratdı
Elm & Texnologiya
02.11.2017
Emil
“Virgin Galactic” şirkətinin CEO-su Richard Branson özünün aerokosmik biznes şəbəkəsində 4-cü şirkəti yaratdı.
Yeni təsis edilmiş “VOX Space”
adlı şirkət ABŞ da daxil olmaqla digər Qərb ölkələrindən olacaq dövlət sifarişlərini
yerinə yetirəcək. Yeni şirkətə, “Virgin Galactic” və “Virgin Orbit” şirkətlərində
biznes inkişafı üzrə direktor vəzifəsində çalışmış Mandy Vaugh rəhbərlik edəcək.
“VOX Space” Richard
Branson-un 4-cü aerokosmik şirkəti oldu.

“Virgin Galactic” varlı turistləri
suborbital uçuşlara göndərəcək, “Virgin Orbit” Yer kürəsinin orbitinə peykləri
göndərəcək, “Spaceship Company” kosmik gəmilərin inşası ilə məşğul olacaq, “VOX
Space” isə “Virgin Group” şirkətinin kosmik biznesinin 10%-ni təşkil edəcək dövlət
sifarişlərini yerinə yetirəcək. Yeni şirkət 2019-cu ildə 12 uçuş, 2020-ci ildə
isə 24 uçuş reallaşdırmağı planlaşdırır.
Baxmayaraq ki, “Virgin Group” şirkətinin
kosmik texnologiyaları hələki test mərhələlərindən kənarda öz etibarlıqlarını sərgiləməyiblər,
potensial müştərilər hələki azalmır. “VOX Space”i ayrıca müəssisə kimi yaratmaq, Richard Branson-un
strateji qərarı idi. Beləliklə o, kənardan investisiyaların cəlb olunması
baxımından problemlərin yaşanmasından canını qurtarır. Onu da qeyd etmək
lazımdır ki, keçən həftə Səudiyyə Ərəbistan, Branson-un aerokosmik biznesinə 1
milyard dollar investisiya yatırmışdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
