
Virtual oyun həvəskarları üçün 24inçlik ekran təklif edən cihaz: SPUT
Elm & Texnologiya
07.05.2017
Farid
Virtual oyunlara maraq getdikcə
artmaqdadır. Belə oyunları böyük ekranlı kompüter və ya digər cihazlarda
oynamaq isə insana xüsusi həzz verir. Bunu nəzərə alan bir Kickstarter layihəsi
insanlara bunun üçün xüsusi 24 inçlik ekranda online oyun oynamağı təklif edir.
Beləki, Spontaneous Pop-up Display
(SPUD) adlı cihaz telefonun ekranını 24 inçlik bir pərdəyə yansıtmaqla
görüntünü ortaya çıxarır.
Əslində SPUD-a başqa adla cip proyektoru
demək daha düzgün ifadə formasıdır. 24
inçlik bir ekrana sahib olmasına baxmayaraq SPUD-u qatlayaraq kitab
formasına da gətirmək mümkündür. Bundan əlavə HDMI ya da naqilsiz batareyakimi dəstəklərə sahib olan SPUD, tablet və laptoplarda da çox uğurlu şəkildə
istifadə oluna bilər. Bundan əlavə cihazın DLP-yə
sahib olması onun görüntü keyfiyyətinin yüksək olmasına şərait yaradır.
Kickstarter-də 35 dəqiqədə gərəkli məbləği toplamağı bacaran SPUD, daha sonra səsgücləndiricilər üçün də lazımlı məbləği
toplaya bilib. SPUD-un bir sonrakı hədəfi isə toplanan pulla batareya ömrünü uzatmaq və fərqli rəng seçimləri üçün təklif irəli sürməkdir.
Fərqli xüsusiyyətləri nəzərə alınaraq qiyməti 349$-dan 2.5000$-a qədər
ola bilər. SPUD-u sifariş verənlər cihazı iyun ayında ala biləcəklər. SPUD haqda ətraflı məlumatı burdan ala bilərsiniz.
Paylaş
Bənzər xəbərlər