main-post-cover

    Virtual reallığa əsl insanları daxil ediblər (VİDEO)

    Elm & Texnologiya
    31.01.2018
    Farid Pardashunas
    Imverse adlı startap virtual reallığa əsl obyektləri əlavə etməyə imkan verən yeni sistemi təqdim edib.
        Yeni sistem vasitəsilə istifadəçi virtual reallıqda özünü və digər insanları görə və onlarla qarşılıqlı əlaqədə ola bilər. Bu barədə Techcrunch saytı xəbər verib. Müasir virtual reallıq cihazları artıq minimal gecikmələr ilə real təsvirləri əks etdirə bilirlər. Lakin virtual reallıq sahəsində əsas probelmlərdən biri hələ də həll edilməyib. Söhbət, real obyektlərlə qarşılıqlı əlaqədən gedir. Bu cür qarşılıqlı əlaqələr üçün prototip cihazlar artıq mövcuddur.

        Lakin onların yaradıcıları öz diqqətlərini əsasən toxunuş hislərinə yönəldirlər. Məsələn real obyektlərin ölçü və kütlələrini hiss etməyə imkan verən VR əlcəklər artıq var. Imverse adlı startapın mühəndisləri isə real insanların üçölçülü təsvirlərini virtual reallığa ötürə bilən sistemi təqdim ediblər. Yaradıcılar yeni sistemin texniki özəllikləri barəsində məlumat verməsələr də təqdim olunmuş videodan da görmək olar ki, insanın hərəkətləri Microsoft Kinect kameraları vasitəsilə təyin olunur. Maraqlısı ondadır ki, digər cihazlardan fərqli olaraq bu yeni sistem virtual avatarı deyil real insanın bədəni və geyiminin təsviri əsasında yaradılmış modeli əks etdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər