Logo
    main-post-cover

    Vivo Pad Air planşeti təqdim edilib - QİYMƏTİ

        Vivo şirkəti Pad Air adlı yeni planşetini təqdim edib. Bu yeni planşet nazik və yüngül gövdəyə, böyük həcmli batareyaya və hətta standart versiyada böyük həcmli RAM və daxili yaddaşa sahibdir. Beləliklə vivo Pad Air planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1840 piksel keyfiyyətli 11.5 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Bununla yanaşı planşetin ekranı vivo Pencil 2 stilusunun dəstəyinə sahibdir.
        Planşet özündə NFC çipi və 4 ədəd stereo səsgücləndiricini birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə vivo Pad Air Snapdragon 870 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 44 vatt gücündə sürətli şarj texnologiyalı 8500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Pad Air 18 avqust tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 128 GB yaddaş - 234$
    - 8 GB RAM + 256 GB yaddaş - 275$
    - 12 GB RAM + 256 GB yaddaş - 316$
    - 12 GB  RAM + 512 GB yaddaş - 358$.
    Paylaş
    Bənzər xəbərlər