'Vivo' şirkəti Barselonada gələcəyin smartfonunu təqdim etdi

26.02.2018 0 PAYLAŞIM 1250 OXUNMA

Rəqiblərdən fərqli olaraq “Vivo” şirkəti Barselonadan keçirilən MWC 2018 konqressinə bir ədəd smartfon modelini gətirdi.

    Söhbət Vivo APEX adlı modeldən gedir. Lakin buna baxmayaraq onu gələcəyin smartfonu adlandırmaq olar. Vivo APEX əslində şirkətin bazara çıxardacağı tamamilə yeni smartfon modeli deyil. Bu, şirkətin bütün yeni texnologiyalarını özündə birləşdirən konseptual modeldir. Beləliklə smartfon USB Type-C girişi, ikili arxa kamera və çərçivəsiz ekranla təchiz olunub. Onun üst və kənar çərçivələrinin genişliyi isə sadəcə 1.8 mm təşkil edir. Aşağı çərçivənin genişliyi 4.3 mm-dir. Əgər nəticədə aşağı çərçivənin genişliyi də 1.8 mm olsa, onda bu smartfonun ekranı ön panelin 98%-ni əhatə edəcək.


    Bu cür nazik çərçivələri smartfonda yerləşdirmək üçün mühəndislər bir sıra detalları və sensorları ekrana inteqrasiya etməli olublar. Məsələn adi və danışıq düşün nəzərdə tutulmuş səsgücləndiricilər ekranın daxilində yerləşirlər. Bu cür texnologiyanı Screen SoundCasting adlandırıblar. 8 MP-lik kameranı isə smartfonun yuxarı hissəsində yerləşən və lazımi vaxtda ortaya çıxan xüsusi paneldə yerləşdiriblər. Vivo APEX-də həmçinin ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını da təkmilləşdiriblər. Belə ki, yeni barmaq izi skanı texnologiyası ekranın aşağı hissəsindəki müəyyən bir nöqtədə deyil, bütün aşağı hissədə yerləşir.


    Beləliklə smartfonu sktivləşdirmək üçün istifadəçi öz barmağını smartfonun aşağı hissəsindəki istənilən yerə toxundurə bilər. Təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunması üçün həmçinin eyni zamanda iki barmaq izinin skanı funksiyasını da əlavə ediblər. Vivo APEX-in daha bir özəlliyi isə System in Package adlanır. Onun sayəsində montaj platasının ölçüsü 3 nüvənin və rəqəmsal-analoq dəyişdiricisinin bir yerə birləşməsi hesabına 60% kiçilir. Azad olunmuş yeri isə soyutma sisteminin yaxşılaşdırılması, batareya həcminin yüksəlməsi və ya digər faydalı funksiyalar üçün istifadə etmək olar. Sadəcə olaraq şirkətin öz texnologiyalarını digər şirkətlərə nə zaman sataraq özünün bu cür smartfonu kütləvi şəkildə ərsəyə gətirəcəyini gözləmək qalır.