Volkswagen 2000 km yol qətt edə biləcək yeni növ hidrogen avtomobil üzərində çalışır

Volkswagen 2000 km yol qətt edə biləcək yeni növ hidrogen avtomobil üzərində çalışır

Texnologiya
07.11.2022 PAYLAŞIM

    Volkswagen şirkəti yeni növ hidrogen avtomobilin patentini əldə edib. Patentdə qeyd edilib ki, sözügedən avtomobil 2000 km yol qətt edə biləcək. Bu cür avtomobilin hazırlanmasında həmçinin Almaniyanın Kraftwerk Tubes adlı şirkəti də iştirak edir. Məlumata əsasən Kraftwerk Tubes şirkətinin sirli yanacaq elementi hidrogeni enerjiyə çevirir və bununla belə o, digər analoqlardan daha ucuz başa gəlir və özündə dəyərli metal növlərini birləşdirmir. Bununla belə Volkswagen şirkəti sözügedən yanacaq elementi barəsində bəzi məlumatları bölüşüb.

    Şirkətin sözlərinə əsasən onlar bu yanacaq elementi çərçivəsində plastik membran əvəzinə keramik membrandan istifadə edirlər. Bu cür membranı isə nəmləndirməyə ehtiyac yoxdur. Buna görə də bu cür membran qışda donmur, yayda qurumur və kiflənmir. Görünür, sözügedən problemlər yanacaq elementinə sahib digər hidrogen avtomobillərdə tez-tez yaşanır. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Volkswagen tərəfindən istifadə edilən yanacaq elementi istilik generasiya edəcək və həmin istiliyi avtomobilin istilik sistemi qismində istifadə etmək mümkün olacaq.


    Burdan belə qənaətə gəlmək olar ki, bu cür funksiya istilik sistemi məsələsində avtomobilin enerjisinə qənaət edəcək. Yeni növ hidrogen avtomobili patenti Volkswagen tərəfindən əldə olunsa da, Kraftwerk Tubes şirkəti özünü yalnız bir avtombil brendi ilə əlaqələndirmək istəmir. “İstehsalçının kim olmasından asılı olmayaraq bizim əsas məqsədimiz bu texnologiyanı 2026-cı ilə kimi kommersiya məqsədli avtomobilə inteqrasiya etməkdir” - deyə Kraftwerk Tubes şirkəti qeyd edib.



DAHA ÇOX


Redmi Buds 5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 13 smartfonları ilə yanaşı həmçinin Redmi Buds 5 adlı yeni naqilsiz qulaqlığ..


Almaniya Huawei və ZTE-nin 5G təchizatlarından istifadəni dayandırmağı planlaşdı..

Almaniyanın Daxili İşlər Nazirliyi ölkənin mobil 5G şəbəkələrində Huawei və ZTE şirkətlərinin istehs..


Çin ABŞ-ı Huawei texnologiyalarının oğurlanmasında günahlandırıb

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkədə məşhur olan WeChat platforması üzərindən bildirib ki, Hu..


Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Apple A17 Pro-dan daha performanslı ola..

Qualcomm şirkəti gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları və məlumatları təqdim..

Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır...


Huawei təkmilləşdirilmiş Face ID texnologiyasını patentləşdirib

Huawei şirkətinin yeni patenti mobil cihazlarda istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş təkmil..

×