Logo
    main-post-cover

    Volkswagen lazımi səviyyədə gəlirlə 25 000 avro qiymətində elektromobili satışa çıxardacağına inanır

        Hələ bir neçə müddət bundan öncə Volkswagen şirkəti avropalı alıcılara 25 000 avro qiymətində satılacaq ID.2 adlı elektromobilin istehsal edilmə planını açıqlamışdı. Şirkətin maliyyə direktorunun vermiş olduğu yeni müsahibədə o, qeyd edib ki, şirkət həmin müddətə kimi bu cür elektromobili diqqət çəkəcək dərəcədə gəlirin əldə edilməsi ilə satmaq imkanına sahib olmalıdır. Bu ilin yanvar ayında Tesla şirkəti bir çox böyük bazarda öz elektromobillərinin satış qiymətlərini aşağı salandan sonra elektromobil sahəsində satış qiymətləri mövzusunda istehsalçılar arasında “müharibənin” ola biləcəyi narahatlığı yarandı. Bu üsul ilə Elon Musk yaxın perspektivdə gəlir normasını qurban verməyə hazır olduğunu göstərdi.
        Bu cür vəziyyət isə digər istehsalçıları heç də qane etmədi. Belə ki, qiymət məsələsində Tesla ilə rəqabət aparmaq onların elektromobil satışlarından normal şəkildə gəlir əldə etmələrinə mane ola bilərdi. 25 000 avro qiymətində elektromobilin satışı zamanı marja dəyəri ümumiyyətlə aşağı ola bilər. Hətta Tesla da bu cür qiymət göstəricisinə sahib elektromobili hələ satışa çıxartmayıb. Volkswagen şirkətinin maliyyə direktoru Arno Antlitz yeni müsahibələrindən birində bildirib ki, o, şirkətin bazarda 25 000 avro qiymətinə satılacaq elektromobil təqdim etmə potensialına şübhə etmir. O bildirib ki, xammal qiymətlərinin aşağı düşməsi və istehsal miqyasının effektivliyinin yüksəlməsi sayəsində şirkət 25 000 avro satış qiymətinə sahib elektromobili satışa çıxara biləcək və üstəlik lazımi gəlir normasına da sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər