
Volvo EX90 adlı yeni elektrikli krossover təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
10.11.2022
Emil
Volvo şirkəti EX90 adlı yeni elektrikli krossoverini təqdim edib. Təqdim edilmiş yeni krossover təkcə futuristik dizaynı ilə fərqlənmir. O həmçinin bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışması və təkmilləşdirilmiş texniki özəllikləri ilə diqqəti cəlb edir. Volvo-nun verdiyi məlumata əsasən EX90 elektromobilinin daxilinə və xaricinə yerləşdirilmiş kameralardan, radarlardan, LiDAR texnologiyadan və müxtəlif sensorlardan ibarət sistem ətraf mühiti və sürücünün elektromobili sürmə tərzini analiz edə bilir.

Əldə edilmiş bütün bu məlumatlar sayəsində sistem sürücünün və yolda olan digərlərinin təhlükəsizliklərini təmin edir. Məsələn əgər EX90-nın sistemi sürücünün öz diqqətini yoldan ayırdığını təyin etsə, o, səs siqnalı vasitəsilə bu barədə sürücüyə xəbərdarlıq edəcək. Bu halda sürücü səs siqnalına heç bir reaksiya verməsə, elektromobil öz sürətini avtomatik şəkildə azaldacaq və yolun kənar hissəsinə dönərək dayanacaq. Elektromobildə olan smart funksiyaların reallaşdırılmasından NVIDIA Drive adlı platforma cavabdehdir.

Sözügedən platforma Google tətbiqlərinin və servislərinin dəstəyinə sahibdir. Elektromobilin proqram təminatınndan istifadə etmək üçün onun salonuna 15 düym ölçülü sensorlu ekran yerləşdirilib. Həmin sensorlu ekran vasitəsilə elektromobilin bütün sistemindən istifadə etmək mümkündür. Volvo EX90 2 ədəd elektrikli mühərrik ilə təchiz olunub və onların ümumi gücü 380 kilovatt (516 at gücü) təşkil edir. Elektromobil bir dəfə şarj olunandan sonra 600 km yol qətt edə bilir. Elektromobildə olan bütün batareyaların ümumi həcmi isə 111 kilovatt saat təşkil edir. Volvo EX90-nın istehsalına gələn il ABŞ-da start veriləcək və müəyyən müddətdən sonra istehsalat prosesi Çinə köçürüləcək. ABŞ-da elektromobil 80 000$-a satılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
