Logo
    main-post-cover

    VR startap xatirələrin canlandırılması texnologiyası üzərində çalışır (VİDEO)

    Elm & Texnologiya
    05.03.2023
    Emil
        VR texnologiyalar sahəsində fəaliyyət göstərən Wist Labs adlı startap öz yeni proqram təminatını sərgiləyib. Sərgilənmiş proqram təminatı istifadəçilərə xatirələrin artırılmış reallıq (AR) vasitəsilə canlandırılması imkanını verəcək. Startap təmsilçilərinin planlarına əsasən bu, keçmişdə baş vermiş hadisələri sözün əsl mənasında yenidən yaşamaq imkanını təqdim edəcək. Wist Labs şirkətinin rəsmi saytındakı məlumata əsasən bu proses olduqca sadə görünür. Belə ki, istifadəçilər bu və ya digər video yazını virtual 3D səhnəyə çevirmək üçün xüsusi tətbiqdən istifadə edəcəklər. Daha sonra onlar əldə edilmiş 3D səhnəni öz veb brauzerlərində, smartfonlarında və ya VR cihazlarında oynada biləcəklər. Şirkət bildirib ki, xatirələr smartfon vasitəsilə çəkilmiş videoların 3D səhnələrə konvertasiyası vasitəsilə reallığa çevriləcəklər.
    Paylaş
    Bənzər xəbərlər