Reklam
WILLIAMS RACING VƏ BANG & OLUFSEN ARASINDA UZUNMÜDDƏTLİ TƏRƏFDAŞLIQ HAQQINDA RAZILAŞMA ƏLDƏ OLUNUB - FOTO

WILLIAMS RACING VƏ BANG & OLUFSEN ARASINDA UZUNMÜDDƏTLİ TƏRƏFDAŞLIQ HAQQINDA RAZILAŞMA ƏLDƏ OLUNUB - FOTO

Texnologiya
06.06.2022 PAYLAŞIM

    “Williams Racing” şirkəti möhtəşəm səs sistemlərinin istehsalı ilə məşğul olan məşhur  “Bang & Olufsen” şirkəti ilə komandanın rəsmi tərəfdaşı qismində uzunmüddətli tərəfdaşlıq razılaşması əldə edildiyini bəyan edib. 

    Komandanın FW44 bolidini bəzəyən “Bang & Olufsen” loqosundan əlavə “Williams” və “Bang & Olufsen” şirkətləri müştərilər və fanatlar üçün effektiv, maraqlı və multisensorlu xüsusiyyətlərin yaradılması üzərində işləyir. Bu, “Bang & Olufsen”in bütün dünya üzrə mağazalarında, “Williams Racing” komandasının müxtəlif Qran-Prilərdəki traslarında və “Williams” şirkətinin İngiltərənin Oksfordşir qraflığının Qrouv yaşayış məntəqəsində yerləşən mənzil-qərargahında həyata keçiriləcək.


    “Williams Racing” şirkətinin Baş direktoru və komandanın rəhbəri Yost Kapito deyib: “Bu cür dünyaca məşhur bir brendi “Williams Racing”in tərəfdaşları sırasında görməyə çox şadam. Artıq 100 ildən çoxdur ki, “Bang & Olufsen” dizayn və innovasiyaların öncülləri sırasındadır və ən yaddaqalan məhsulların istehsalı ilə məşğuldur. Biz də mükəmməlliyə bu cür can atırıq. “Bang & Olufsen” və “Williams Racing” şirkətlərinin bir araya gəlməsi brendin “Williams Beyond Racing” strategiyasına tamamilə uyğun olmaqla yanaşı, həm də “Williams”ın son 1 il ərzində həm trasda, həm də ondan kənarda yüksəlişinin daha bir sübutudur”.  

    “Bang & Olufsen” şirkətinin Baş direktoru Kristian Tir əməkdaşlıqdan ruh yüksəkliyi yaşadığını və bunun şirkətə daha çox istehlakçının diqqətini cəlb etməyə imkan verəcəyini bildirib. “Bu yeni əməkdaşlıqla qürur duyuram. “Williams”ın mükəmməlliyə doğru can atmaq səylərini və yalnız ən yaxşı məhsullar ərsəyə gətirmək istəyini bölüşürük. Birlikdə biz fanatlara və müştərilərə inanılmaz təəssüratlar bəxş edə bilərik. Bizim əsas strateji prioritetimiz brendimizi məşhurlaşdırmaqdır. Bu tərəfdaşlıq sayəsində bu həftəsonundan başlayaq gələcək illərdə daha çox istehlakçını əhatə edə biləcəyik. Birlikdə nələrə qadir olduğumuzu nümayiş etdirmək üçün səbirsizlənirik”. 

    Danimarkanın lüks səs brendi olan “Bang & Olufsen” 1925-ci ildən etibarən dünyanın ən tanınmış səs sistemlərini və evdə əyləncəli tədbirlər keçirmək üçün məhsullar istehsal edir. Bunun əsasında gözəl musiqinin, zamanı qabaqlayan dizaynın və təkraredilməz yaradılma ustalığının unikal ahəngi dayanır.    

“Bang & Olufsen” şirkəti haqqında

    “Bang & Olufsen” 1925-ci ildə Danimarkanın Struer şəhərində əsası qoyulmuş lüks səs brendidir. Şirkətin yaradıcıları olan Piter Banq və Svend Olufsenin yanaşması və işə sadiqliyi indiyədək şirkətin fəlsəfəsinin əsasını təşkil edir. Təxminən bir əsrə yaxın müddətdir ki, “Bang & Olufsen” şirkəti səs texnologiyaları haqqında təsəvvürləri genişləndirir və akustik innovasiyaların ön cərgəsində qalmaqda davam edir. Şirkətin hər bir məhsulu bu gün də gözəl musiqinin, zamanı qabaqlayan dizaynın və təkraredilməz yaradılma ustalığının unikal ahəngini təcəssüm etdirir. Şirkətin yenilikçi və qabaqcıl məhsulları bütün dünyada “Bang & Olufsen” mağazalarında, bang-olufsen.com saytı vasitəsilə və bir sıra pərakəndə satış mağazalarında satılır. Şirkətdə 900-dək işçi çalışır. Brend 70-dən çox ölkənin bazarında təmsil olunur. “Bang & Olufsen” şirkətinin səhmləri “NASDAQ Copenhagen A/S” fond birjasında ticarət olunur.

    “Williams Racing” haqqında 

“Williams Grand Prix Engineering Limited”in əsas fəaliyyət sahəsi Formula-1 üzrə dünya çempionatında iştirak etmək üçün yarış avtomobillərinin layihələndirilməsi və hazırlanmasıdır. Əsası qoyulduğu 1977-ci ildən sonra Formula-1 yarışlarının ən güclü komandalarından birinə çevrilən “Williams Racing” FIA-nın Formula-1 üzrə dünya çempionatlarında 16 dəfə qalib gəlib. Bu mükafatlardan 9-u “Cosworth”, “Honda” və “Renault” ilə birlikdə Konstruktorlar Kubokunda əldə edilib. Qalan 7 titulu isə pilotların turnirlərində Alan Conson, Keke Rosberq, Nelson Pike, Naycel Mensel, Alen Prost, Ceymon Hill və Jak Vilnöv qazanıblar. 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×