main-post-cover

    Walmart özünün ilk süni zəka sistemli mağazasını istifadəyə verib

    Elm & Texnologiya
    29.04.2019
    Farid Pardashunas
        Öz sahəsindəki liderliyini əldən verməmək üçün dünyanın ən böyük riteyleri olan Walmart bu yeni texnologiyaları köməyə çağırır. Kameralar və robotlar mağaza işçilərini əvəz etmirlər. Lakin onlara kömək edirlər. Bu barədə Engadget saytına istinadən Hightech.plus saytı xəbər verib. Nyu York ştatınn Levittaun şəhərində Walmart-ın ilk avtomatlaşdırılmış mağazası fəaliyyətə başlayıb. Ağıllı kameralar və robotlar boş mağaza rəflərinə məhsulların yerləşdirilməsində və mağazanın müxtəlif yerlərində müştərilər tərəfindən qoyulmuş arabaların yığılmasında mağaza əməkdaşlarına kömək edirlər.
        Avtomatlaşdırılmış Amazon Go mağazasından fərqli olaraq Walmart-ın bu mağazasındakı kassalarda müştərilərin alış prosesini adi insanlar reallaşdırırlar. Sözügedən mağaza artıq öz ilk müştərilərinə xidmət göstərməyə başlayıb. Konfidensiallıq ilə bağlı məsələlərdə problem yaşamamaq üçün Walmart mağazadakı kameraları gizlətmir və supermarket müştərilərinə yeni texnologiyalar barədə məlumat vermək üçün mağaza daxilində xüsusi ekran panelləri yerləşdirir. Əldə olunmuş bütün məlumatlar isə şirkətin serverlərində 1 həftədən az bir müddətdə saxlanılır.
        Walmart qeyd edib ki, mağazaların avtomatlaşdırılması prosesi adi insan işçilərinin işdən çıxarılmasına səbəb olmayacaq. Yeni texnologiya mağaza əməkdaşlarını sadəcə olaraq rutin işlərdən azad edəcək. Hələ məlum deyil ki, şirkət adi insanların iş yerlərini uzunmüddətli perspektivdə saxlaya biləcək yoxsa yox. Məlum olan odur ki, Amazon şirkətinə uduzmamaq üçün yaxın zamanda Walmart süni zəka texnologiyası ilə təcrübə aparmağa davam edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər