main-post-cover

    "Waymo" şirkəti, sükanın yerinə "Go" düyməsinin olduğu elektrikli avtomobilin patentini aldı

    Elm & Texnologiya
    17.08.2017
    Emil Nəcəfov

    “Google”a məxsus “Waymo” şirkəti, qeyri-adi mərkəzi panel dizaynına sahib elektrik avtomobilinin patentini aldı.

    Məsələ burasındadır ki, sözügedən avtomobilin mərkəzi paneli nəinki adi cihaz panelinə bənzəmir, hətta sükandan belə məhrumdur. Bu halda sükanı, “Go” adlı düymə əvəz edir. Bununla yanaşı patentdə daha bir düymədən də söz gedir. Belə ki, istifadəçi nəyinsə yolunda getmədiyini görsə, o, avtomobili “Stop Now” düyməsi vasitəsilə dayandıra biləcək. Buna baxmayaraq patentdə sərnişinlərin həmin avtomobilə hansı istiqamətdə getmək lazım olduğunu necə söyləyəcəkləri barəsində heç bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, “Go” düyməsi vasitəsilə avtomobil işə düşəcək, lakin “Stop Now” düyməsini klik etdikdə onun necə dayanacağı məlum deyil. Şirkət tərəfindən patentləşdirilmiş həmin istifadəçi paneli bir növ günümüzdə olan avtomobillərdəki panelləri xatırladır. Belə ki, yeni panel, qapıların və pəncərələrin açılıb-bağlanma, oturacaqların qızdırılması sistemini də özündə birləşdirir. Nəzərinizə çatdıraq ki, “Waymo”, pilotsuz avtomobil sahəsinə start verən ilk şirkətlərdən biridir.

    Linki kopyala