Western Digital yeni SSD texnologiyası təqdim etdi : 50% daha sürətli SSD-lər gəlir
Elm & Texnologiya
04.02.2020
Nijat Hamid
SSD-lər kompüterlərdə istifadə olunan ən sürətli yaddaş cihazlarıdır. Əvvəllər Hard Disklər (HDD) istifadə edilsə də, artıq texnologiyanın ucuzlaması səbəbilə SSD daha populyarlaştı. Həm SSD, həm HDD istehsalçısı olan Western Digital isə SSD-lər üçün öz yeni texnologiyasını təqdim etdi. SSD yaddaş qurğularında istifadə edilən NAND adı verilən çiplərin 112 laydan ibarət BiCS5 3D NAND adlı yeni versiyası təqdim edildi.
BiCS5 3D NAND çipləri 112 laydan ibarətdir və əvvəlki nəsil çiplərə görə SSD-ləri 50% daha sürətli edir.
Şəkildən də göründüyü kimi WD şirkəti 2017-ci ildə 96 laydan ibarət BiCS4 adı verdiyi NAND çiplərini təqdim etmişdi. Bu gün isə 112 qatlı layı olan BiCS5 NAND çipləri təqdim olundu. Bu çiplər müasir SSD-lərin sürətini təxminən 50% artırır. Qeyd edək ki, şirkət bunu Kioxia Corporation (Köhnə adıyla Toshiba) ilə əməkdaşlıq edərək hazırlayıb. Technote olaraq da artıq SSD-lərə keçməyin vaxtı gəldiyini təsdiq edə bilərik. Həmçinin bu texnologiya artıq o qədər ucuzlaşıb kı, çox rahatlıqla Samsung istehsalı 1 TB SSD-lər almaq mümkündür.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!