Logo
    main-post-cover

    WhatsApp-a kiber hücüm başladı. Diqqət! Bu mesajı açmayın!

    Kiber təhlükəsizlik firması olan Comodo, dünya miqyasında 900 milyondan çox istifadəçisi olan WhatsApp-a xəbərdarlıq etdi.
    Kiber hücüm təşkil edənlər təsadüfi seçimlərlə istifadəçilərə rəsmi WhatsApp adından müraciət edirlər. E-mail vasitəsilə göndərilən mesajlara daxil olan anda bütün məlumatlarınız ələ keçirilir. Telefon və komputerinizə virus düşür. Comodo Antispam Labaratoriyasın mütəxəssisləri hücüm edənlərin IP və URL adreslərini müəyyən edərək belə qənaətə gəliblər ki, hücüm edənlər saxta WhatsApp adı ilə istifadəçilərə pis məqsədli "malware" virusları göndərirlər. Bəs bu adamlar sizi necə tələyə salır?
    Maillər sizə WhatsApp adından gəlir, lakin maili yaxından araşdırdıqda əslində mailin WhatsApp-dan gəlmədiyi açıq-aşkar ortaya çıxır. Göndərilən mesajın əlavəsində "zip" yaxud "exe" tipli bir fayl mövcud olur. Bu fayllar "Nivdort" ailəsinin bir variantıdır. Bu pis məqsədli tətbiqlər sizin komputerinizin qeyd dəftərinə açılır. Həmin faylı işə salan anda tətbiq komputerə daxil olur. Həmin mesajın mətni bu cürdür. Diqqət edin:
    Bir səsli mesaj aldınız xgod Bir mesaj qaçırtdınız. Ydkpda qısa səs qeydi alındı.
    Paylaş
    Bənzər xəbərlər