
Whatsapp-a yeni emojilər gəldi
Elm & Texnologiya
07.05.2017
Farid
WhatsApp Android sisteminə yeni xüsusiyyətlər qatmağa davam etdirir. iOS
10 əməliyyat sistemində yer alan emojilər bu dəfə
WhatsApp Android sisteminə gəlir. Google Play Store-da
1 milyard endirilmə sayını keçən tətbiqlərdən biri olan WhatsApp,
yenilikləri
Android platformaya gətirməyə davam edir. Keçdiyimiz günlərdə tətbiq
üçün olan yeniləmə ilə birlikdə emojilərin daha böyük
görüntüsü təmin edilmişdi. WhatsApp son yenilənməsində istifadəçilərə daha əhatəli emojilər təqdim etməyə hazırlaşır.
iOS 10 emojiləri WhatsApp-a gəlir
"Technote.az"ın "Android Police" saytına istinadən verdiyi xəbərə görə Apple-ın iOS 10 versiyasına daxil etdiyi bir çox Emoji artıq WhatsApp-ın beta versiyasında Android
sistemində də yer alacaq.

3D görüntülü emojilər, çox sayda ailə emojisi və müxtəlif
idman emojiləri yeniləmə daxilində WhatsApp beta tətbiqinə daxil edildi.
Əlavə olaraq real silah emojisinin yerini su tapançası emojisi aldı.
Yeni emojiləri necə istifadə edə bilərəm?
WhatsApp Android tətbiqinə
daxil edilən yeni emojilərdən bu an üçün yalnız beta proqramını istifadə edən istifadəçilər faydalana biləcək. Yeni emojilərin qısa
müddət içərisində bütün Android platformasında istifadəyə təqdim edilməsi gözlənilir.
WhatsApp beta proqramına burdan daxil ola bilərsiniz.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
