
WhatsApp "Apple"ı sərt təhqir etdi
Elm & Texnologiya
07.05.2017
Farid
Ən məşhur mobil messencer olan WhatsApp-ın kodları arasında "Apple”a qarşı təhqiredici cümlə aşkarlanıb.
"Fuck apple”cümləsini xMarioZ adlı developer aşkar edib. Bu cümləyə tətbiqin Android
versiyasında dəfələrlə rast gəlmək olar. Çox güman ki, bu cümlə tətbiq
developerləri tərəfindən "Apple”a ismarıc kimi daxil edilib. "Lakin gəlin
inanaq ki, şirkətlər arasında münaqişə yoxdur” – deyə "Thenextweb.com” bildirib.
Qeyd edək ki, xMarioZ bu cümləni tətbiqin APK faylında aşkar edib. APK fayllar
isə Google Play-də olmayan tətbiqləri cihaza yükləmək üçün lazım olur. Bir çox
istifadəçilərin fikrincə WhatsApp developerləri beləliklə App Store-da tətbiq
yerləşdirmək üçün nəzərdə tutulmuş sərt qaydalara reaksiya bildiriblər. Güman
olunur ki, "Apple” tərəfindən yaradılmış sərt qaydalar nəticəsində developerlər
tətbiqin kod hissəsində böyük dəyişiklik etməyə məcbur olublar.
Paylaş
Bənzər xəbərlər