WhatsApp-da bilmədiyiniz 7 xüsusiyyət

WhatsApp-da bilmədiyiniz 7 xüsusiyyət

Texnologiya
01.07.2021 PAYLAŞIM

    WhatsApp artıq balaca uşaqdan tutmuş 60 yaşlı xalamızın telefonuna qədər hər kəsdə var. Bəzilər üçün sadəcə yazışma və zəng tətbiqi olan WhatsApp əslində biz bildiyimizdən də çox imkanlara və funksionallıqlara sahibdir. Bu buraxılışda WhatsApp-da işinizə yarayacaq 7 xüsusiyyətdən danışırıq.

Nömrə 1: Yazdığınız mesajda bəzi sözləri daha ön plana çəkib, qalın göstərmək isətirsinizsə, sözün hər iki tərəfinə * simvolu əlavə edin. Belə olan halda mətndə həmin söz daha qalın əks olunacaq.


Nömrə 2: Eyni qayda ilə əgər sözün ya cümlənin italic formada yazılmasın istəyirsinizsə, bu zaman söz yaxud cümlənin əvvəlində və sonunda altdan xətt simvouldan istifadə edin. Əgər 3 ədəd tərs dırnaq işarəsini əvvələ və sona yazsaz, bu zaman isə yazının şriftinin təmamilə dəyişdiyini görəcəksiniz.

Nömrə 3: Qohumların qruplarından gələn şəkil və videolar bir başa smartfonun galereyasına düşüb, sizi narahat edirsə, bu zaman həmin qruplara daxil olub, qrup adına klik edərək, media visibility bölməsini seçib, bu imkanı təmamilə bağlayın.

Nömrə 4: Əgər bir şəxsdən gələn bildiriş səsini xüsusi edib, fərqləndirmək istəyirsinizsə, yenə həmin şəxslə söhbətinizə daxil olub, adının üzərinə toxunun. Buradan “custom notification” yəni xüsusi bildiriş seçimini edib, bu funksiyanı aktiv hala gətirin. Növbəti mərhələdə isə “Notification tone” səsini dəyişin. Beləcə bu şəxsdən sizə mesaj gələndə telefonu cibinizdən çıxarmaqdan kimin yazdığını bilmiş olacaqsınız.

Nömrə 5: WhatsApp telefonun yaddaşında çox yer tutursa, bu o deməkdir ki, sizə çoxlu media faylı göndərilib. Bunları tam görmək və istmədiklərinizi silmək üçün Whatsapp-a daxil olub, 3 xətt menyusundan sazlamalara yəni settingsə keçid edin. Buradan “storage and backup” daha sonra isə “manage storage” seçimlərini edin. Açılan səhifədə aşağıda WhatsApp sizə ən çox danışdığınız və çox media göndərdiyiniz adamların siyahısını göstərəcək. Buradan həmin çatlara daxil olub, lazımsızları silə yaxud ümumiyyətlə media fayllarını silib, yaddaşda tutduğu yeri azalda bilərsiniz.

Nömrə 6: Danışdığınız hər hansı bir adamla olan söhbətlərin hamısını başqa bir adama göndərə bilərsiniz. Bunun üçün “android”lərdə həmin adamla yazışmanın daxilindən “3 nöqtə” menyusuna toxunub, more bölməsindən “Export çat” seçin. iPhone-larda isə ana səhifədə həmin adamın adını sola sürüşdürüb, export çatı tapın. Hətta istəsəniz burada “include media” seçməklə şəkil və videoları da çatdan çıxarıb, göndərə bilərsiniz. Seçimi etdikdən sonra hazırlanmış faylı istədiyiniz şəxsə göndərmək mümkündür. Bunu niyə edəsiniz bilmirəm amma deməyimizdə fayda var.

Nömrə 7: WhatsApp-da settings bölməsində profil şəklinizin yanında QR kod yer alır. Bu QR kod WhatsApp hesabınızı başqalarına vermək üçündür. Bunu WhatsApp Web ilə qarışdırmayın. Bu QR kodu qarşı tərəf WhatsApp kamerası ilə skan edən zaman, birbaşa sizə mesaj yaza bilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×