Whatsapp'da ciddi sistem boşluğu aşkar edilib

Whatsapp'da ciddi sistem boşluğu aşkar edilib

Texnologiya
08.08.2019 PAYLAŞIM

    İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point Software Technologies şirkəti məşhur Whatsapp messencerində ciddi sistem boşluğu aşkar edib. Bu sistem boşluğu vasitəsilə hackerlər özəl və qrup çatlarındakı meajlara düzəlişlər edə bilərlər. Bu barədə Bloomberg saytına istinadən Rusbase saytı xəbər verib.

    Mütəxəssislər mesajlara düzəliş etməyin 3 yolunu aşkar ediblər. İlk üsul qrup çatlarında olan Sitat funksiyası ilə əlaqəlidir. Bu funksiya vasitəsilə hackerlər mesajı göndərmiş şəxsi dəyişdirə bilirdilər. İkinci üsul vasitəsilə hackerlər digər istifadəçi tərəfindən göndərilmiş cavab mesajını dəyişə bilirdilər.

    Aradan qaldırılmış üçüncü üsul vasitəsilə isə hackerlər göndərilmiş mesajı özəl şəkildə göndərilmiş mesaj kimi qələmə verə bilirdilər. Qrup çatında olan istifdəçilərdən biri bu cür mesaja cavab verən zaman onun cavabı qrup çatındakı bütün istifadəçilərə görünürdü. Bloomberg-in verdiyi məlumata əsasən Check Point Software Technologies şirkəti bu sistem boşluqları barəsində məlumatları şirkətə hələ keçən ilin sonunda vermişdi. Lakin bu sistem boşluqları hələ indi qismən aradan qaldırılıb.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung Galaxy A51 və Galaxy A71 smartfonları təqdim olundular

Samsung şirkəti Galaxy A50-nin davamçıcı olan Galaxy A51-i və Galaxy A71 smartfon modellərini təqdim..


Google Chrome oğurlanmış istifadəçi şifrələri barəsində məlumat verə biləcək..

Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib və həmin versiya məlumat sızıntıları ..


Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdı..

Android əməliyyat sisteminin mütəmadi yenilənmələri smartfonun təhlükəsizliyini yaxşılaşdırır və bir..


Xiaomi Mi Mix 4-ün ilk Geekbench test nəticələri ortaya çıxdı

Xiaomi şirkəti artıq təsdiqləyib ki, o, yeni Mi Mix smartfon modeli üzərində çalışır.


Xiaomi şirkəti daha bir qatlana bilən smartfon patentini əldə etdi

Xiaomi şirkəti özünün qatlana bilən smartfon prototipini hələ ilin əvvəlində sərgiləmişdi. ..


108 Mp-lik kamera əjdahası Mi Note 10 qlobalda rəsmi olaraq satışa çıxır

İstifadə etdiyi kameralar ilə gündəm olan Mi Note 10 modeli Xiaomi tərəfindən qlobal satış üçün hazı..