main-post-cover

    Whatsapp'da, smartfona casus tətbiqləri yazmağa imkan verən sistem boşluğu aşkar edilib

    Elm & Texnologiya
    14.05.2019
    Farid Pardashunas
        May ayının əvvəlində Whatsapp-da istifadəçilərin smartfonlarına izlənmə üçün nəzərdə tutulmuş proqram təminatının yazılması imkanını verən sistem boşluğu aşkar edilmişdi. Bu barədə Techcrunch saytına istinadən Rusbase saytı xəbər verib. Sözügedən sistem boşluğu messencerin audiozəng funksiyasında aşkar edilmişdi. Həmin sistem boşluğu sayəsində audiozəng funksiyası vasitəsilə hansısa şəxsə zəng edən istifadəçi zəng etdiyi şəxsin smartfonuna izlənmə üçün olan proqram təminatını yaza bilərdi.
        İstifadəçinin həmin zəngə cavab verməsi və ya verməməsindən asılı olmayaraq izlənmə üçün olan proqram təminatının smartfona quraşdırılması mümkün olurdu. Nəticədə 13 may tarixində Whatsapp üçün sistem yenilənməsi təqdim olunmuşdu. Şirkət bu sistem boşluğu sayəsində hansı sayda insanın zərər çəkməsi barəsində məlumat verməyib. Lakin güman edib ki, bu sistem boşluğundan istifadə etmiş dələduzların niyyətləri kiçik istifadəçi kütləsi olub.
        Məlumata əsasən izlənmə üçün olan proqram təminatı İsrailin NSO Group şirkəti tərəfindən hazırlanıb. Bu şirkət həmçinin Pegasus adlı tətbiqin də yaradıcısıdır. Həmin tətbiq vasitəsilə smartfonun kamerasını, mikrofonunu aktiv etmək olar və smartfon sahibinin yerləşdiyi yer barəsində məlumatları əldə etmək olar. NSO Group şirkəti bu məsələ lə bağlı istintaqa start verdiyini və öz müştəriləri arasında sözügedən tətbiqdən sui-istifadə hallarının olub-olmadığını yoxladığını bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər