
WhatsApp-dan gözlənilməyən yenilik!
Elm & Texnologiya
07.05.2017
Farid
WhatsApp, yeniliklərini təqdim edib: WhatsApp-da da Snapchat kimi emoji, yazı və boyama seçimləri etmək mümkün olacaq
Dünyanın ən populyar və ən çox istifadə
olunan mesaj platforması WhatsApp, yenilənən xüsusiyyətləri ilə sevənlərini
sevindirməyə davam edir. Son olaraq fayl və foto paylaşımlarını göndərmə
xüsusiyyətini təqdim edən WhatsApp-ın bu dəfəki yeniliyi kamera ilə əlaqəlidir.
Snapchat və Instagram-ın "Hekayələr” bölümü
ilə məhşurluq qazanan fotolara emoji əlavə etmə detallarını indi də WhatsApp-da
yer alan yenilikdə görmək mümkün olacaq. Beləki, artıq sizdə WhatsApp vasitəsilə
göndərəcəyiniz şəkillərə emosiya, yazı əlavə edə bilər, hətta boyaya bilərsiniz.
Eyni zamanda video çəkərkən zoom edə bilmə
xüsusiyyətini də təqdim edən WhatsApp-ın çatışmayan tərəfləri üzərində işlər
davam etdirilir. Son olaraq kamera açıqkən ekrana klik edərək ön və arxa
kameraya asanlıqla keçid edə biləcəksiniz.
Son yenilikləri aşağıdakı fayllardan yükləyə
bilərsiniz. Ancaq xatırladaq ki, yeniliklər ancaq Androiddə mövcuddur. iOS üçün
hələki, yeniliklər təqdim olunmayıb.
Android üçün WhatsApp
iOS üçün WhatsApp
Android üçün WhatsAppiOS üçün WhatsAppPaylaş
Bənzər xəbərlər