
WhatsApp, dəstəyini kəsmək istədiyi bəzi telefonlar üçün vaxtı bir qədər uzatdı
Elm & Texnologiya
07.05.2017
Farid
iOS 6 və ondan sonrakı, həmçinin Android 2.2 və ondan əvvəlki, Blackberry OS və Symbian üçün dəstəyini bu il sonuna qədər sonlandıracağını açıqlayan WhatsApp geri addım atdı.
WhatsApp bir müddət əvvəl adı sadalanan
sistemlər üçün dəstəyini kəsəcəyini açıqlamışdı. Ancaq bir çox istifadəçi bu
mövzuda etirazını dilə gətirdiyi üçün şirkət geri addım atmağa məcbur oldu.
Son edilən açıqlamaya görə BlackBerry OS, BlackBerry 10, Nokia, Symbian
S40 və Symbian S60 əməliyyat sistemlərində WhatsApp dəstəyi 2016-cı ilin
dekabr ayında deyil, 2017-ci ilin iyun ayında baş tuta bilər. Amma iOS 6 və
ondan əvvəlki, o cümlədən Android 2.2 və ondan əvvəlki əməliyyat sistemlərinə
sahib cihazlar bu il sonunadək WhatsApp istifadə edə bilməyəcəklər.
WhatsApp-ın köhnə əməliyyat sistemlərindən
dəstəyini kəsəcəyini açıqladığı tarix ilə yeni elan etdiyi tarix arasında o qədər
də böyük vaxt aralığı olmasa da istifadəçilər bir müddət daha tətbiqdən
yararlana bilərlər.
Paylaş
Bənzər xəbərlər