main-post-cover

    Whatsapp messencerinin iPad üçün olan versiyası hazırlanır

    Elm & Texnologiya
    09.04.2019
    Farid Pardashunas
        Whatsapp dünyanın ən məşhur tətbiqlərindən biridir və gün ərzində milyardlarla insan öz aralarında mesajlaşmaq üçün həmin tətbiqdən istifadə edir. Lakin hələ indiyənə kimi bu messencerin iPad planşetləri üçün versiyası olmayıb. WABetaInfo saytının verdiyi məlumata əsasən Whatsapp tərtibatçıları bu vəziyyəti düzəltməyi qərara alıblar. Bu barədə Macdigger saytı xəbər verib. Messencerin sahibi lan Facebook şirkəti bu məlumata rəsmi olaraq fikir bildirməyib.

        Lakin mənbənin verdiyi məlumata inansaq, iPad üçün hazırlanan Whatsapp versiyası xüsusi planşet interfeysinə sahib olacaq və messencerdə paralel olaraq bir neçə çatdan istifadə etmək mümkün olacaq. Digər özəlliklər baxımından isə o, iPhone üçün olan Whatsapp-dan heçnə ilə fərqlənməyəcək. Messencerin iPad üçün olan versiyasının nə zaman təqdim olunacağı barəsinə bir məlumat yoxdur. Lakin ehtimal var ki, həmin versiya messencerin növbəti qlobal yenilənməsi ilə birlikdə təqdim olunsun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər