
WhatsApp Symbian üçün dəstəyini dayandıracaq
Elm & Texnologiya
07.05.2017
Farid
Əgər siz OC Symbian əməliyyat sistemi üzərində çalışan cihaz
istifadə edirsinizsə onda sizlərə pis xəbərimiz var. Belə ki, WhatsApp sözügedən
əməliyyat sistemi üçün olan dəstəyini bu ilin sonunadək dayandıracaq. OC
Symbian əməliyyat sistemi ilə çalışan hər bir istifadəçi tətbiqə daxil olacağı
zaman növbəti bildirişi alacaq. "Təəssüflər olsun ki, siz WhatsApp tətbiqini
31/12/2016 tarixindən sonra istifadə edə bilməyəcəksiniz. Belə ki, WhatsApp artıq
sizin cihazınızı dəstəkləmir”. Görünür WhatsApp Symbian üçün ayrılmış serverləri
bağlayır. Məhz buna görə tətbiq bu platformada artıq çalışmayacaq. Hər-halda
bir vaxtlar məşhur mobil platforma olmuş OC Symbian-ı bu qədər uzun müddət ərzində
dəstəklədiyi üçün WhatsApp-a sadəcə alqış düşür.
Paylaş
Bənzər xəbərlər