main-post-cover

    WhatsApp təhlükəsizliyi gücləndirir: Yeni şifrələmə üsulu

    Elm & Texnologiya
    03.03.2020
    Nijat Hamid
            Whatsapp uzun bir aradan sonra təkrar təhlükəsizlik məsələlərinin üzərində işləməyə başladı. Belə ki, Whatsapp Beta 2.20.66 versiyasında aşkarlanan yeni şifrələmə üsulu ilə təhlükəsizlik daha da artır. Növbəti aylarda isə stabil versiya ilə istifadəçilərə təqdim ediləcək.

    Whatsapp Beta 2.20.66 versiyasında Google Drive-a yedəklənən mesajlara şifrə qoymaq mümkündür.

            Password protect backups adındakı bu funksiya ilə istifadəçilər mesajlarını Google Drive bulut servisinə yedəkləmədən əvvəl şifrə təyin edə biləcəklər. Beləliklə mesajlar şifrələnib ondan sonra bulut servisinə yedəklənəcək. Əgər istifadəçi mesajları Drive-dan təkrar Whatsapp-a yükləmək istəyərsə şifrəni daxil etməli olacaq. Şifrə daxil ediləndən sonra mesajlar Drive servisindən Whatsapp-a inteqrasiya ediləcək. İstifadəçi qoyduğu şifrəni unudarsa, mesajlara bir daha baxa bilməyəcək. 
            Qeyd edək ki, bu funksiya hələ də təkmilləşdirilir. Ona görə də hər kəsdə işləməyə bilər, hətta Whatsapp-ın bu versiyasını yükləsəniz belə sizdə görünməyə bilər. Lakin bu funksiyanın gəlməsi təhlükəsizliyin daha da artacağını göstərir. 
    Linki kopyala