WhatsApp videolar üçün faydalı yenilənmə təqdim etdi
WhatsApp daha bir yenilik ilə istifadəçilərini
sevindirib. Artıq WhatsApp-a göndərilən videoları yükləmədən izləmək mümkün
olacaq.
İstər sosial əlaqə vasitələri, istərsə də
mesajlaşma xidmətləri hər gün öz istifadəçilərinə yeniliklər təqdim etməkdə
davam edirlər. Bunun əsas səbəbi isə gün keçdikcə belə sosial platformaların
çoxalmasıdır.
Son zamanlar WhatsApp da bir çox yeniliklər təqdim
etməkdədir. WhatsApp-ın sonuncu yeniliyi isə istifadəçilərin canlı olaraq
bir-biri ilə ünsiyyətini təmin etmək idi. WhatsApp daha bir gecikmiş yeniliyini
təqdim edib. Artıq istifadəçilər bir-birinə göndərdikləri videoları yükləmədən
də izləyə biləcəklər. Bu xəbər bir çox istifadəçini sevindirəcək, çünki bir
çoxları videonu açıb izləmək üçün onu yükləməli və bu bir qədər vaxt itkisinə səbəb olurdu. Gələn
yenilənmə ilə artıq bu problem həll olunacaq. Həmçinin onu da qeyd edək ki,
yenilik yalnız Android istifadəçiləri üçün keçərli xarakter daşıyır. Yaxın
zamanda isə digər platformalar da bu yenilikdən yararlana biləcək.