main-post-cover

    Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

    Elm & Texnologiya
    06.12.2019
    Nijat Hamid
            Wi-Fi sürətini daha stabil edən yeni protokol Wi-Fi 6-nın testləri tamamlandı. Bu yeni texnologiya ilə birliktə artıq daha Wi-Fi üzərindən daha yüksək sürətlərə, daha az gecikmə ilə çatmaq mümkün olacaq. Tamamlanan testlərdə 6 millisaniyədən daha az gecikmə ilə 700 Mbps sürətə çatmaq mümkün oldu. Bu texnologiyanın maksimum dəstəklədiyi sürət isə 10 Gb/saniyə-dir. Yəni növbəti illərdə bu texnologiya təkminləşdikcə 10 Gb həcmində faylları saniyələr ərzində yükləmək mümkün olacaq.

    AT&T, Qualcomm, Intel, LG, China Mobile və Ericsson kimi şirkətlərin üzv olduğu Wireless Broadband Alliance (WBA), Wi-Fi 6 testlərini tamamladı. 

            İlk testlər Mettis AeroSpace ərazisində edildi. Bu ərazi Boeing, AirBusRolls Royce şirkətlər tərəfindən istifadə edilir. Buranın seçilməsinin əsas səbəbi isə siqnallara maneə yaradacaq ünsürlərin maksimum olmasıdır. Test zamanı 27 hektarlıq bir əraziyə Wi-Fi 6 şəbəkəsi quruldu. İnternet sürətini yoxlamaq üçün isə yüksək həcmli fayllardan istifadə edildi. Nəticədə 6 millisaniyə gecikmə ilə 700 Mbps sürətə çatıldı. 
            Wi-Fi 6 texnologiyası sadəcə sənayə üçün hazırlanmır.  Həmçinin ev və iş istifadəçiləri üçün də təkmilləşdirilir. ABI Research,şirkətinin dediklərinə görə az gecikmə və yüksək sürət tələb edən proqramlar səbəbilə, 254 milyonluq bir tələb yaranacaq. Həmçinin bu texnologiyaya 5G-nin tamamlayıcı yanı kimi də baxılır. Gələcəkdə Hibrid sistemlərdə istifadə edilərək daha yüksək sürətlərə çatmaq mümkün olacaq. 
    Linki kopyala