
Wi-Fi protokolu hack edildi. Dünyanın bütün Wi-Fi şəbəkələri və insanların məlumatları təhlükə altındadır
Elm & Texnologiya
16.10.2017
Təhlükəsizlik üzrə mütəxəssislərin verdikləri məlumata əsasən Wi-Fi qoşulmalarının bir çox hissəsini qoruyan WPA2 şifrələyicisi hackerlər tərəfindən hack edilib.
Bu isə o deməkdir ki, hal hazırda
hackerlər istənilən ev və ya ictimai şəbəkəyə daxil ola, Wi-Fi şifrələrini öyrənə,
istənilən məlumat axınını və insanlar tərəfindən daxil olunan məlumatları ələ
keçirə bilərlər. WPA2-nin hack edilməsi həmin anda kiberhücumların başlanması
demək deyil. Lakin bütün dünya üzrə Wi-Fi şəbəkələri hackerlər tərəfindən ələ
keçirilə bilər.
Bu, şəbəkə təchizatı istehsalçılarının, təhlükəsizlik sistemlərini
yeniləyəcəkləri vaxta kimi belə olaraq qalacaq. HTTPS protokolu üzrə çalışan
saytlar daha böyük təhlükə altındadırlar. Kompüter və smartfon vasitəsilə göndərilmiş
hər bir mətn faylı isə hackerlər tərəfindən ələ keçirilə bilər. Bu cür təhlükədən
qorunmaq üçün VPN-dən istifadə məsləhət görülür. Qeyd etmək lazımdır ki, bu cür
hadisə gec-tez baş verməli idi. Sözügedən protokol 13 il bundan öncə yaranıb və
indiki gündə artıq köhnəlmiş hesab edilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...