
Wi-Fi və ekran özəlliyinə sahib idman ayaqqabıları təqdim olunub (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
"Virgin America” şirkəti yeganə nümunədə First Class adlı idman ayaqqabılarını təqdim edib.
Bu idman ayaqqabıları öz fərqli
dizaynı ilə seçilməklə yanaşı həmçinin texnoloji xüsusiyyətlərə də sahibdirlər.
Yüksək keyfiyyətli idman ayaqqabıları italyan dərisindən hazırlanıb və sözün əsl
mənasında təyyarələrdəki oturacaqlarda olan təhlükəsizlik kəmərləri ilə təchiz
olunub. Həmin kəmərlər standart ayaqqabı iplərini əvəz edir. Sağ ayaqqabı rəngli
kiçik ekran ilə təmin olunmuşdur. Həmin ekranda videoya baxmaq mümkündür. Ekran
ayaqqabının daxilinə yerləşdirilmiş batareya hesabına işləyir. Onun enerjisi isə 3
saata qədər bəs edir. Bu hələ son deyil. Belə ki, First Class ayaqqabıları müxtəlif
cihazları enerji ilə təmin etmək üçün USB girişə, interneti təmin etmək üçün Wi-Fi router-ə sahibdir. Ayaqqabılar Milanda yerləşən atelyedə italyan dərisindən
əldə tikilib. Yeganə nümunəni yalnız eBay-dən əldə etmək mümkündür. Əldə
olunmuş vəsait isə xeyriyyəçilik üçün xərclənəcək. Hərrac 23 Oktyabr tarixində
bitəcək.
Paylaş
Bənzər xəbərlər