
"Wikipedia"nı "bilik kainatı"na çevirən layihə
Elm & Texnologiya
07.05.2017
Farid
İnternetdə "Wikiverse” layihəsinə start verilib. Bu layihə məşhur və böyük "Wikipedia” ensiklopediyasını interaktiv 3D xəritəyə çevirir.
Sayta daxil olandan sonra istifadəçi klaviaturadakı oxların
sayəsində həmin "bilik kainatı” xəritəsində istiqamətlənə, siçan vasitəsi ilə
isə onun miqyasını dəyişə bilər. "Technote.az”ın "Thenextweb.com” saytına
istinadən verdiyi xəbərə əsasən Wikiverse proqramçı Ouen Kornes (Owen Cornec) tərəfindən yaradılmışdır. Wikiverse-də
ayrı məqalələr ilə saytın bölmələri arasındakı əlaqə göstərilmişdir. Onlayn
ensiklopediyanın özü böyük kürə şəklindədir. Ona daxil olan ulduzlar isə
ayrı-ayrı məqalələr rolunda çıxış edirlər. Ulduzlar bir-birinə keçid yaradan
yazılardan ibarətdir. 3D model xəritənin qurulması böyük resurs tələb edir.
Buna görədə Wikiverse mobil cihazda bir qədər düz çalışmaya bilər. Bundan əlavə
olaraq Wikiverse "Wikipedia”nı tam olaraq vizual əks etdirmir. O yalnız onun
bir hissəsini (5% və ya 250.000 məqalə) ingilis dilində təqdim edir.
Paylaş
Bənzər xəbərlər