main-post-cover

    Windows 10 2004 (20H1) hard disklər üçün xüsusi optimizasiya edilib

    Elm & Texnologiya
    30.04.2020
    Nijat Hamid
            Microsoft şirkəti Windows 10 ƏS-nin yeni versiyasını May ayının ortalarında hər kəs üçün yayımlayacaq. Windows 10 2004 və ya digər adıyla 20H1 yenilənməsi ilə əməliyyat sistemində ciddi optimizasiyalar ediləcək. Bunlar haqqında əvvəlki xəbərlərimizdə yazmışdıq. Lakin bu səfər Microsoft Windows 10-u hard disklərdə daha yaxşı işləməsi üçün optimizasiya edib.

    Windows 10 20H1 ilə sistemin hard disk istifadəsi daha optimal işləyəcək.

            Windows 10 əməliyyat sistemi əslində yüksək yazma/oxuma sürətlərinə malik SSD-lər üçün hazırlanmışdı. Lakin hələ də hard disk istifadə edən insanlar olduğunu nəzərə alan Microsoft uzun illərdən sonra HDD-lər üçün də sistemə optimizasiyalar əlavə etdi. Windows Latest tərəfindən verilən məlumata görə yeni Windows 10 versiyasında Windows Axtarış sisteminə ayrılan resurslar azalacaq. Windows Axtarış sisteminin işləmə prinsipi belədir ki, əməliyyat sistemi kompüterdə olan bütün faylları oxuyaraq axtarış zamanı daha sürətli nəticə göstərməyə çalışır. Hard disklərdə oxuma sürəti zəif olduğu üçün bu proses uzun vaxt davam edirdi və nəticədə sistem resursları (ram, cpu) bu işə ayrılırdı. 
            İndi isə Microsoft-un əlavə etdiyi optimallaşdırmalar hesabına bu əməliyyatlar hard disklərdə daha sürətli olacaq və daha az sistem resursu istifadə edəcək. Technote olaraq məsləhət edirik ki, Windows 10 2004 çıxdığı vaxt , əgər hard disk istifadə edirsinizsə mütləq yükləyin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər