main-post-cover

    Windows 10 2004 (20H1) ilə gələn 7 əsas yenilik (Siyahı)

    Elm & Texnologiya
    13.03.2020
    Nijat Hamid
            Microsoft, artıq Windows 10 üçün ildə 2 dəfə böyük yenilənmə çıxarır. Bunlar xH1XH2 olaraq adlanır. 2020-ci il üçün desək 20H1 bu ilin ilk 6 ayında, 20H2 isə ikinci 6-ayda çıxacaq. Windows 10-un 20H1 versiyasının digər adı da 2004-dür. Bu yenilənmə paketi ilə Windows 10-a çoxlu dəyişikliklər gələcək. Biz də bunlardan ən önəmli olan 7-sini sizin üçün yazdıq.

    1. Cortana sistemdən ayrı bir proqram kimi olacaq. Artıq Windows 10-a inteqrasiya edilməyəcək.   

            Cortana səsli asistenti Windows 10-a inteqrasiya edilib. Microsoft, Cortana üçün yenilənmə yayımladıqda məcburən sistem fayllarını da dəyişməli olur. Bu halda işlər çətinləşir. Ona gore Cortana artıq Microsoft Store üzərindən yenilənilə bilən proqram ayrı bir proqram olacaq. Həmçinin Cortana yeni dizayn və bir çox funksiyaya qovuşacaq.

    2. Axtarış sistemində ciddi dəyişikliklər olacaq.

            Microsoft, sistem daxilində olana axtarış sistemini sadələşdirmək üçün Hava Durumu, Ən çox oxunan xəbərlər, Tarixdə bu günYeni filmlər seçənəklərini əlavə etdi. Bu sürətli axtarış seçimləri ilə sizə lazım olanı daha sürətli axtara biləcəksiniz.

    3. Ekran görüntüsü ilə axtarış. Şəkilli axtarış.

            Axtarış sistemi üçün əlavə olunan yeniliklərdən biri də ekranın görüntüsü ilə axtarış etməkdir. Qısaca şəkillər ilə axtarış etmək mümkün olacaq. Bir şəklə bənzər şəkil tapmaq üçün axtarış sistemini də istifadə edə biləcəyik.

    4. Task Manager-də olan dəyişikliklər   

            Task Manager-də artıq video kartın temperaturu da göstəriləcək. Microsoft, istifadəçilərin kənar tətbiq istifadə etmək zəhmətindən xilas etməyə qərar verdi. Həmçinin kompüterin istifadə etdiyi yaddaş qurğularının tipləri də görünəcək. Məsələn, SSD istifadə edirsinizsə, Task Manager-də yaddaş qurğusunun SSD olduğu görünəcək.

    5. Cihazları Bluetooh-ə qoşmaq optimallaşdırılır.   

            Normalda kompüterinizə Bluetooh dəstəkləyən bir cihaz qoşmaq üçün Ayarlar-a daxil olmalısınız. Artıq buna ehtiyac qalmayacaq. Sadəcə bildirişlər üzərindən cihazları Bluetooh ilə kompüterə qoşmaq mümkün olacaq. Swift Pair adlı funksiya hələki Microsoft Surface aksessuarlarını dəstəkləyir. Lakin sistem stabil istifadəyə veriləndə bütün aksessuarlara aid olacağı təxmin edilir.

    6. Sistemi bulud üzərindən sıfırlamaq artıq mümkün olacaq.

            Cloud Download funksiyası ilə istifadəçi əgər Windows 10-un ən yeni versiyasını yükləmək istəyirsə, bir başa Microsoft-un bulud sistemi üzərindən yükləyib sıfırdan qura biləcək. Bu seçim sadəcə sistemi formatlayaraq sıfırdan qurmaq istəyən istifadəçilərə aid olacaq. Digər bir seçim isə kompüterinizdə olan sistemi təkrar yükləmək olacaq. Bu seçimdə isə kompüterdə olan versiya kompüterə təkrar yüklənəcək.

    7. İstifadəçi akkountunu şifrəsiz açmaq mümkün olacaq.  

            Əgər Microsoft akkountunuz ilə sistemi açırsınızsa, hər dəfə şifrə yazmağınıza ehtiyac qalmayacaq. Sadəcə Windows Hello şifrənizi yazmaq yetərli olacaq. Siyahıya baxdığımızda ən önəmsiz yenilik bunun olduğunu demək olar. Həmçinin bəzi kiçik dəyişikliklər də olacaq. Bunlarda biri də Windows 10-un Idarəetmə Panelində (Contron Panel) olan bir çox ayar, yeni Ayarlar (Settings) panelinə daşınacaq. Məsələn, mouse (mişka) sürətinizi tənzimləmək üçün artıq Control Panel yerinə, Settings-ə daxil olmalı olacaqsınız.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər