Logo
    main-post-cover

    Windows 10 20H1 yenilənməsi ilə bağlı ilkin məlumatlar sızdı

            Windows 10 üçü növbəti ilin ilk böyük yenilənmə paketi 20H1 ilə bağlı yeniliklər yavaş-yavaş sızdırılır. Keçən aylarda 19H2 yenilənmə paketini alan ƏS-i bir xeyli optimizasiya edilmiş və daha stabil olmuşdu. İndi isə növbə "Vibranium" kod adlı yenilənmə paketindədir. Microsoft bildirir ki, artıq 20H1 yenilənməsini tamamlamaq üzərədir. Bu yenilənmənin Aprel ayında çıxması gözlənilir.

    20H1 yenilənməsi ilə Windows 10-un versiya nömrəsi 2004 olacaq. Yəni 20H1 Paketi ilə Windows 10 2004 versiya koduna malik olacaq.   

            Bundan daha əvvəl Microsoft bu yenilənmə paketləri üçün "03" kodunu seçirdi. Yəni ilkin versiyalar 1703,1803,1903 olaraq adlandırılırdı. Lakin rəsmilərin dediyinə görə bu versiya 2003 olarsa,Windows Server 2003 əməliyyat sisteminin adı ilə qarışıqlıq yaranacaq. Bu səbəbdən "03" kodu yerinə "04" kodu istifadə olunacaq. Vibranium yenilənməsi adlanan bu paket ilə Microsoft Windows 10-da bəzi estetik dəyişikliklər, optimizasiyalar və s. etməsi planlanır. Görünən odur ki, Windows 10 əməliyyat sistemi ilk illərində olduğu kimi stabil hala yavaş-yavaş gəlir. Hal-hazırda İnsider istifadəçilərinə bu versiya verilməyə başlayıb.
    Paylaş
    Bənzər xəbərlər