main-post-cover

    Windows 10-dakı xəta oyunlarda çökməyə, mavi ekran problemlərinə səbəb olur

    Elm & Texnologiya
    03.02.2020
    Nijat Hamid
            5 il öncə Microsoft tərəfindən istifadəyə verilən Windows 10 bu gün yenə problemlərlə gündəmə gəlir. Windows 7-nin istifadə ömrü tamamlansa da bir çox istifadə hələ istifadə etməyə davam edir. Microsoft isə onlara Windows 10-a keçməyi önərir. Bu halda problemlər olduğu müddətcə istifadəçi niyə Windows 10-a keçsin? Bu günki problemimiz isə WinCentral tərəfindən verilən məlumata əsasən Windows 10-un Fayl Bələdçisi (File Explorer) ilə əlaqəlidir.

    Windows 10-da fayl bələdçisini problemini həll etmək üçün buraxılan KB4532695 yenilənməsi daha çox problemə səbəb olur.

            Problemləri həll etmək üçün buraxılan yenilənmə bir çox problemə səbəb olur. Bunlar arasında istifadəçilərin əsas şikayəti sistemin gec açılması, drayver problemləri, oyunlarda komputerin çökməsi, mavi ekran xətaları və s. daxildir. İşin qəribə tərəfi isə odur ki, Microsoft rəsmiləri bu problemləri qəbul etmir,təsdiqləmir. Digər tərəfdən bu yenilənmə paketi istəyə görə yükləniləbilən yenilənmələrə daxildir. Yəni siz istəmədiyiniz müddətcə sistemə yüklənməyəcək. Bizim məsləhətimiz isə budur ki, əgər fayl bələdçisində (File Explorer) problem yaşamırsınızsa sistemi yeniləməyin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər