Windows 10 Mobile dövrü bitdi: Artıq yenilənmə gəlməyəcək
Elm & Texnologiya
12.12.2019
Nijat Hamid
Microsoft mobil əməliyyat sistemi ekosistemində heç də uğurlu ola bilmir. Bir çox uğursuz işləri olsa da bunlardan sonuncusu Windows 10 Mobile əməliyyat sistemi oldu. Bu gündən etibarən artıq Windows 10 Mobile sistemi üçün texniki dəstək verilməyəcək. Bu əməliyyat sistemini işlədən cihazlar müxtəliq açıq və təhlükələrə qarşı qorunmasız olacaq.
Microsoft Windows 10 Mobile sistemi üçün yenilənmə və düzəltmə paketlərinin dayandırıldığını açıqladı. Windows 10 Mobile üçün dəstək tamamilə kəsildi.
Microsoft rəsmilərinin dediklərinə görə sistemdə tapılan açıqlar üçün düzəltmə paketləri yayımlanmayacaq. Şirkət hər nə qədər mobil əməliyyat sistemindən imtina etsə də Android sistemli cihazlar istehsal etməyə davam edəcək. Surface Duo adında qatlana bilən smartfonu təqdim edən şirkət 2020-ci ildə bu cihazı satışa çıxarmağı planlayır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!