Windows 10 Spring Creators yenilənməsi gəlir
11.03.2018
Nijat Hamid
Hal-hazırda "Microsoft" şirkətinin ən yeni əməliyyat sistemi olan Windows 10 üçün yeniliklər gəlməyə davam edir.
Bildiyimiz kimi , "Microsoft" şirkəti Windows 10 üçün yayınladığı Creators, Fall Creators və Redstone yenilənmələri ilə bir sıra yeniliklər gətirmiş və əməliyyat sistemini daha stabil etmişdi. Sızan bir sıra məlumatlara əsasən, Microsoft bir yenilənmə daha çıxarmağı planlayır.
Windows 10 Spring Creators adlı yenilənmə gələn ay (Aprel) yayımlanacaq.
Gələn ay istifadəçilərlə paylaşılması düşünülən yenilənmə rəsmi olaraq təsdiqlənməyib. Amma sızan məlumatlara görə, Microsoft bu yenilənmə ilə birliktə "Creators" adını davam etdirməyi düşünür. Qeyd etməliyik ki, bu ilin sonlarında yayımlanacaq "Redstone 5" yenilənməsi ilə Windows 10 köklü dəyişikliyə məruz qalacaq.
Yeni "Spring Creators" yenilənməsi ilə Windows 10-da istifadə edilən və Fluent Design adı verilən interfeysə yeniliklər gətirəcək. Ayrıca HDR dəstəyi və TimeLine funksiyası gələcək.
Bəs siz bu yenilənmələri yükləyərək öz Windows 10-uzu stabil vəziyyətdə işlədə bilirsizmi?
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək