main-post-cover

    Windows 10 üçün hazırlanan konsept dizayn çox bəyənildi (Video)

    Elm & Texnologiya
    13.03.2020
    Nijat Hamid
            Bildiyiniz kimi Microsoft, Windows 7Windows 8 sistemlərində Aero adını verdiyi dizayn stilini istifadə edirdi. Bu dizaynda şəffaf pəncərələr, oval kənarlar və "yumuşaq" dizayn xəttləri var idi. Windows 10 ilə birliktə şirkət Fluent Design adını verdiyi mat və tünd rənglərdən ibarət kəskin dizayn xətləri olan görüşün stilinə keçdi və bu çox da bəyənilmədi. UI/UX dizayneri olan Genrole Caspe, hər kəsin xəyalında olan Windows 10 dizaynını konsept olaraq hazırladı.

    UI/UX dizayneri olan Genrole Caspe, "Windows təcrübəsini təkrar xəyal etmək" adlı yeni Windows 10 dizaynını paylaşdı.

            Videodan göründüyü kimi dizayner Windows 10-un görünüşü maksimum dərəcə sadə və effektiv yansıtmağa çalışıb. Səsli asistent olan Cortana yeni dizayn ilə daha funksiyonal görünür. Həmçinin Taskbar adı verdiyimiz ekranın alt hissəsi seqmentlərə bölünərək daha nizamlı görünür. Yeni dizaynda ən çox bəyənilən isə Start menyusudur. Widget dəstəyi ilə əvvəlkinə nəzərən daha istifadəçi dostu görünən menyu çox bəyənildi. Lakin konsept dizaynlar şirkətlər tərəfindən ciddiyə alınmır. Çox güman ki, bu tip bir dizaynı yaxın illərdə Windows 10-da görə bilməyəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər