main-post-cover

    Windows 10-un ənənəvi tətbiqləri artıq silinə biləcək: Paint, Notepad və WordPad

    Elm & Texnologiya
    05.02.2020
    Nijat Hamid
            Microsoft, Windows 10-u təkmilləşdirməyə davam edir. Şirkət bu səfər Windows əməliyyat sistemlərinin ənənəvi tətbiqləri olan və silinməsi mümkün olmayan Paint, NotePadWordPad tətbiqlərinin silinməsini mümkün edəcək. Bir sonrakı stabil versiyalarda bu tətbiqlər silinə biləcək.

    Paint və Notepad, 1985-də istifadəyə verilən Windows 1.0-dan bu yana istifadə edilir və silinməsi mümkün deyildi. WordPad isə 1995-də Windows 95 ilə birliktə istifadəyə verildi.

            Hal-hazırda Windows 10 Insider 19551 versiyasında artıq bu tətbiqlər silinə bilir. İnsider versiya Beta versiya kimi istifadəçilərə təqdim olunur və bir çox yeni funksiya bu versiyada test edilib optimallaşdırıldıqdan sonra stabil versiyaya verilir. Bahar aylarında yayınlanması planlanan Windows 10 20H1 (və ya v2004) ilə birliktə artıq bu tətbiqlər silinə biləcəklər. Bu tətbiqlər silindiyi zaman sistemin yenidən başladılması tələb olunur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər