Windows istifadəçiləri ən çox hansı Antivirusu işlədir ? (Nəticələr)

Windows istifadəçiləri ən çox hansı Antivirusu işlədir ? (Nəticələr)

Texnologiya
19.11.2019 PAYLAŞIM

        Internetdən çox istifadə edən birisinizsə mütləq təhlükələrdən qorunmağa ehtiyacınız var. Bunun üçün bir çox istifadəçi Antiviruslar istifadə edir. Lakin təhlükəsizlik bazarında bir çox Antivirus markası və şirkəti olduğuna görə bəzən hansı daha çox istifadə edilir ? sualına cavab tapmaq mümkün olmur. OPSWAT adında kiber təhlükəsizlik şirkəti Windows istifadəçilərinin hansı antivirusları işlətdiyini öyrənmək üçün bir sıra testlər və sorğular apardı. Hər nə qədər Windows ilə birliktə Defender təhlükəsizlik proqramı gəlsə də istifadəçilər daha güclü və yaxşı antivirus proqramlarına üz tuturlar. Sorğu və testlərin nəticəsində aşağıda gördüyünüz qrafikə əsasən qalib Norton antivirusu olur. 

        Nəticələrdən göründüyü kimi Symantec Corporation şirkəti Norton adlı antivirus proqramı ilə ən çox güvənilən və işlədilən proqrama sahibdir. Heç təəccüblü olmadığı kimi 2-ci sıraya Eset şirkəti yerləşib. Ölkəmizdə sevilən və uzun illər fəaliyyət göstərən Kasperky şirkəti isə 7.66% ilə ilk 5-likdə yerini qoruyub saxlaya bilir. Other(Digərləri) qismində göstərilən proqramlar isə yuxarıda bilinən şirkətlərin məhsullarından başqa proqramlar işlədən istifadəçiləri göstərir. Anlaşılan 14.73%-lik bir kütlə qrafikdə görünən şirkətlərə güvənmir, onun yerinə məhşur olmayan alternativlərdən istifadə edir. Qeyd edək ki, Windows ilə birliktə gələn Windows Defender siyahıya daxil edilməmişdir. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu

Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy..


ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq..

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər.


Smartfon bazarının lideri Samsung-dur: Lakin Huawei öz rəqibinə artıq çox yaxınd..

2019-cu il hələ sona çatmasa da Strategy Analytics şirkəti bu ilin yekun nəticələri vasitəsilə smart..


Kirin 990-dan 50% daha güclü: Huawei Kirin 1020 prosessoru barəsində ilkin məlum..

Baxmayaraq ki, Huawei şirkətinin Kirin 990 prosessoru hələ sentyabr ayında təqdim edilmişdi, artıq o..


Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür..

Windows 10 əməliyyat sisteminin Your Phone tətbiqi vasitəsilə artıq Android telefonlara gələn zənglə..


Uşaqların təhlükəsizlikləri üçün olan funksiya iOS 13.3-də düzgün çalışmır..

Apple şirkəti dəfələrlə iOS əməliyyat sisteminin təhlükəsizliyi barəsində danışıb.