Logo
    main-post-cover

    Windows üçün iMessage gəldi!

    "Apple"ın iOS və OS X cihazları arasında istifadə edilən mesajlaşma xidməti iMessage, Jailbreak köməkliyi ilə Windowsda da istifadəsi mümkündür. 
    Öz ekosistemində təklif etmiş olduğu xidmətlər ilə istifadəçilərin bəyənisini toplayan "Apple", mesajlaşma xidməti üçün iMessage-ı istifadə edir. Fərqli üsullar ilə "Apple ID"-i istifadə edərək Android cihazlarda da istifadə edilə bilən iMessage, Jailbreak vasitəsi ilə Windows əməliyyat sistemli kompüterlərə də gəldi.
    Proqramçılar hazırladıqları Tweak ilə iMessage-ı kompüterdə istifadə etməyə bacardılar. Remote Message adı verilən Tweak, iPhone mesajlarını uzaqdan idarə etməyə yarayır. Eyni Wi-Fi şəbəkəsindəsinizsə iPhone-a toxunmadan kompüter üzərindən mesaj göndərə bilərsiniz.
    Ancaq bu üsul OS X-dəki Apple ID sistemi kimi işləmir. Yəni sadəcə iPhone ilə Windows eyni şəbəkədədirsə istifadə edə bilirsiniz. Cydia-da Remote Message tətbiqini yüklədikdən sonra Windows tətbiqini də buradan 1 dollara satın ala bilərsiniz.
    Qurulum üçün IP adresinizi tətbiqə yazıb, istifadəçi adı və şifrə seçməyiniz kifayətdir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Windows üçün iMessage gəldi! | Technote