main-post-cover

    Windows və Mac əməliyyat sistemlərini əvəz edə biləcək ən gözəl Linux əməliyyat sistemləri

    Elm & Texnologiya
    17.04.2018
    Linux əməliyyat sistemi insanlar arasında daha da populyarlaşmağa başlayıb. Bu gün Linux istifadəçilərinin sayı heç də az deyil. Əvvəllər Linux əməliyyat sistemi digər əməliyyat sistemlərindən gələn istifadəçiləri qane etmirdi. Proqram azlığı, istifadə zamanı texniki səhvlərin mövcudluğu və bəzi problemlərin həllinin tapılmasının çətinliyi insanları bu əməliyyat sisteminə keçməyə tərəddüd etməsinə səbəb olurdu. Lakin, keçdiyimiz illər ərzində Linux sistemi daha da inkişaf edərək, günümüzdə bir çox standarta cavab verir. Bu məqaləmizdə, Linux əsaslı 3 ən gözəl əməliyyat sistemi haqqında məlumat verəcəyik. Bu əməliyyat sistemləri hal hazırda populyar və ideal dizayna sahib ən gözəl Linux distrolarıdır.
     

    Elementary OS


    Linux əsaslı ən gözəl distrolardan biridir. Sistem MAC və Windows sistemlərinin keyfiyyətlərini özündə cəmləşdirməklə sürətli və eleqant təcrübə təqdim edir. Hal hazırda əməliyyat sistemi dünyasında minlərlə distro var, lakin Elementary OS daha çox Windows`dan bezən sadə istifadəçilər və gənc, təcrübəsiz proqramçılar üçün nəzərdə tutulub. Sİstemin dizaynı MacOS`u xatırladır. Əməliyyat sistemi çox yüngüldür, çünki Ubuntu sistemində mövcud olan bir çox proqram burada yer almır və ya onların alternative versiyalarıla ilə əvəz olunub. Bununla da əməliyyat sistemi sürətli istifadə təcrübəsi bəxş edir. Əlavə olaraq, sistemin eleqant dizaynına görə adaptasiya olmaq prosesi de uzun çəkmir.
    Elementary OS`u seçmək üçün ən əsas səbəblər:
    • 1.       macOS`a bənzər dizaynı
    • 2.       Yüngül və effektiv olması
    • 3.       Tərkibində lazımi proqramların mövcudluğu

    Deepin OS


    Deepin əməliyyat sistemi Linux əsaslı sistemlər arasında ən gözəl dizayna sahib distrodur. Sistem özlüyündə həm macOS`u həm də Windows əməliyyat sistemini xatırladır. Deepin əməliyyat sisteminin özünə məxsus mühiti var. Tənzimləmələr bölümü, ikonlar, siçan göstəriciləri, hətta bildirimlər bölməsi əla inteqrasiya olunub. Tənzimləmələr bölməsi sağda ümumi panel şəklində qarşımıza çıxır və sadə dizaynı ilə əməliyyat sistemini tənzimləməyi sadələşdirir. Bundan başqa işçi masasının hər küncünün xüsusi funksiyaları vardır ki, istifadəçilərin işini daha da asanlaşdır. Sistemin ən önəmli üstünlüyü isə onun proqram mağazasıdır. Çünki Deepin əməliyyat sistemində mövcud olan marketin təqdim etdiyi proqram siyahısını heç bir Linux və ya Ubuntu əsaslı əməliyyat sistemləri təklif etmir.
    Deepin əməliyyat sistemini seçmək üçün əsas səbəblər:
    • 1.       Yenilikçi xüsusiyyətlər
    • 2.       Vizual dizayn
    • 3.       Deepin mağazası
    • 4.       Sadə və asan şəkildə qurulması
     

    Solus OS


    Siyahıya Solus əməliyyat sistemi ilə davam edirik. Solus əməliyyat sistemi həmkarlarından fərqli olaraq minimalist və eleqant istifadə təcrübəsi təklif edir. Özlüyündə Budgie mühitini birləşdirən əməliyyat sistemi müasir görünüşə sahibdir.
    Budgie masa üstü pəncərəsi GNOME ilə birlikdə fəaliyyət göstərir, lakin Shell funksiyası mövcud deyil. Əsas menyudan mövcud olan proqramlara çıxış əldə edə bilərsiniz. Pəncərənin sağ küncündə saat, bildirimlər, təqvim, səs tənzimləyicisi və s. yerləşdirilib. Son zamanlar Solus əməliyyat sisteminin mağazası da təkmilləşdirilib.
    • Solus əməliyyat sistemini seçmə səbəbləri:
    • Ən sürətli inkişaf edən distro olması
    • Budgie masa üstü
    • Snaps dəstəyi
    • Sistemin effektiv işlək olması
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər