WWDC 2023-də yenilənmiş Apple Mac Pro təqdim oluna bilər
Elm & Texnologiya
01.06.2023
Farid Pardashunas
5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas diqqətini WWDC 2023 konfransı çərçivəsində 3 mövzuya yönəldəcək. Öz əməliyyat sistemlərinin yeni versiyaları, qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı və bir neçə yeni Mac kompüteri. Apple şirkətinin öz konfransı çərçivəsində əməliyyat sistemlərinin yeni versiyaları ilə ilk qarışıq reallıq cihazını sərgiləyəcəyi əvvəlcədən məlum idi.
Lakin WWDC 2023 çərçivəsində yeni Mac kompüterlərinin təqdim olunacağı yeni məlumatdır. Şirkət konfrans çərçivəsində M2 Max və ya M2 Ultra prosessoruna sahib yenilənmiş Mac Pro-nu təqdim edə bilər. Bununla yanaşı M2 prosessoruna və 15 düym ölçülü ekrana sahib yeni MacBook Air modelinin də təqdim ediləcəyi istisna deyil. Lakin yenilənmiş Mac Pro-nun təqdim edilməsi ehtimalı yüksəkdir. Belə ki, Apple şirkətinin kompüterləri arasında Apple M prosessoruna keçid etməmiş yeganə model kimi Mac Pro qalıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ