
Xaker Vkontakte istifadəçilərinin məlumatlarını satışa qoyub
Elm & Texnologiya
07.05.2017
Farid
Gizli məlumatların sızdırılması üzrə məlumatların yığılması
ilə məşqul olan LeakedSource mənbəsinin məlumatlarına əsasən xakerlər 100
milyon Vkontakte sosial şəbəkəsi istifadəçilərinin adlarını, şifrələrini, email
ünvanlarını və telefon nömrələrini oğurlayıblar. Vkontakte-nin rıəsmiləri isə
qeyd ediblər ki, oğurlanmış istifadəçi bazası artıq aktual deyil. Peace ləqəbli
xaker deep web-in qara bazarında sözügedən istifadəçi bazasını satışa qoyub.
Onun satışa qoyduğu istifadəçi bazasının qiyməti isə 1 bitcoin təşkil edir. Bu
isə indiki məzənnəyə əsasən $570 təşkil edir. Xakerin verdiyi mıəlumata əsasən
onda olan 100 milyon yarım istifadəçi bazası 2011-2013-cü illərdə Rusiyanın
böyük sosial şəbəkəsindən oğurlanmışdır. Xaker bildirib ki, hələ 71 milyon
istifadəçinin də məlumatlarına sahibdir. Lakin onları satmağı xaker hələki
planlaşdırmır. Motherboard saytının jurnalistləri xaker tərəfindən oğurlanmış istifadəçi
arasından təsadüfi 100-nü yoxlayıb. Nəticədə onlardan 92-i aktiv Vkontakte
istifadəçisi olub. Sosial şəbəkənin istifadəçilərindən biri isə sızdırılmada
qeyd olunmuş şifrəsinin doğru olduğunu bildirib. Vkontakte rəsmiləri bu vəziyyətə
aydınlıq gətiriblər. "Söhbət 2011-2012-ci illərdə xakerlər tərəfindən
oğurlanmış köhnə login və şifrələrdən gedir. Siyahıda qeyd olunmuş bütün
istifadəçilərin giriş məlumatları məcburi qaydada dəyişdirilmişdir. Bu məlumatlar
artıq bir ilk deyil ki, şəbəkədə satışa çıxarılır. Lakin 2012-ci ildən bu yana
həmin siyahıdakı login və şifrələr aktiv deyil. Hər ehtimala qarşı Vkontakte
mütəxəssisləri həmin istifadəçi bazasını yenidən araşdırıblar. Nəticədə yenə də
aktiv istifadəçi aşkar edilməyib”
– deyə Vkontakte rəsmiləri bildiriblər.
Paylaş
Bənzər xəbərlər