main-post-cover

    Xanımlar üçün 10 ən yaxşı Yeni İl hədiyyəsi

    Elm & Texnologiya
    24.12.2019
    Farid Pardashunas
        Yeni ilə sayılı günlər qalıb və biz yaxınlarımız, əzizlərimiz üçün ilin ən son hədiyyələrini almağa tələsirik. Axı bu bayramda hər birimiz kiminsə sevimli Şaxta Babası oluruq. Amma razılaşaq ki, Şaxta Babanın işi daha asandır, onun əlində uşaqların arzuladığı hədiyyələrin siyahsı var, buna görə də seçim haqqında düşünməyə ehtiyacı yoxdur. Bəs siz hələ də hansı hədiyyəni alacağınıza qərar verməmisiniz? Sevdiyiniz xanım sizə ipucu verməsə, ona nə hədiyyə edəcəyinizi bilmirsiz və ya “Heçnə lazım deyil, hər şeyim var” deyən ananıza hədiyyə almaqda çətinlik çəkirsiniz? O zaman Kontakt Home köməyinizə tələsir! Beləliklə, sizə xanımlar üçün ala biləcəyiniz hədiyyələrin TOP-10 siyahısını təqdim edirik:
        1. iPhone – Özü də yaxşı olar ki, 11 olsun. Yeni il ərəfəsində sevgilinizə bu smartfonu hədiyyə etsəniz, sevgilinizin sevinc və xoşbəxtlik emosiyaları bu bayramı sizin üçün unudulmaz edəcək! Siz də elə buna çalışmırdınız?
        2. Fen-daraq – Bakı yalnız küləklər şəhəri deyil, şəhərimizin havası da rütubətlidir, bu isə saçlarınızın qısa zamanda burulmasına səbəb olur. Bir güllə ilə 2 dovşan vuran hədiyyə. Saçları həm qurudur, həm də onları düzləşdirir. Bəşəriyyətin  incə və zərif hissəsi üçün əla tapıntıdır. Keramik örtüyə və 230 dərəcə maksimal qızma temperaturuna sahib Remington CB7400 öz işinin öhdəsindən əla gələcək. Müasir dövrün xanımı üçün əla hədiyyədir!
        3. “Sabahını bir fincan qəhvə ilə başlamırsansa, o zaman nə üçün oyanasan?” - İosif Brodskinin bu sözlərinə haqq verəcək insanlar əminik ki var. Dünya qış yuxusuna getməsin, əzizlərimiz qışın bu soyuğunda gümrahlığını itirməsin! Bunun üçün xanımınıza Delonghi EC 685.BK kofemaşını hədiyyə edə bilərsiniz. Bu dəyərli hədiyyə əziz xanımlarınızı yeni uğurlara ilhamlandıracaq!
        4. Hansı kişi ənənəyə sadiq qalaraq, heç olmasa, həyatında bir dəfə xanımına qab-qacaq hədiyyə etməyib? Necə yəni almamısız? Dərhal düzəliş edin! Müasir, qranit örtüklü Hascevher Germanitium Grey Wok tavası – yemək bişirməyi və sevimli həyat yoldaşlarını ləziz təamlarla sevindirməyi xoşlayan xanımlar üçün əla variantdır. Ancaq ehtiyyatlı olun, çünki bu hədiyyə təyinatından kənar istifadə oluna bilər. Bu tavada bişən bütün yeməkləri tərifləyin. Hər şey ola bilər.
        5. Beurer TS26 XXL elektrik yorğanı o qədər istidir ki, onunla soyuq qış gecələrini belə rahatlıqla adlaya bilərsiniz. Buna hədiyyəni verən şəxsin qəlbinin istiliyini də əlavə etsək, o zaman, bu qış yay qədər isti olacaq.
        6. Mavi qış çalarlarının güllü yay ornamentləri ilə tandemindən ibarət BOGOTA STN NT CK2YDK yataq dəsti bundan öncəki bəndə gözəl bir əlavədir. Pantone rəng İnstitutunun 2020-ci ilin əsas rəngi kimi “klassik göy”-ü seçməsi bu hədiyyənin həm təyinatına görə, həm də müasirlik tərəfdən ideal olmasına səbəb olur.
        7. Gözəl və baxımlı dırnaqlar hər bir xanımın özünə qarşı olan tələbidir. “Bu həyatda istəyim - dünyada sülhün və gözəl pedikürumun olmasıdır.” – Koko Şanelin sitatı. Ətrafınızda olan istənilən xanıma möhtəşəm BEURER MP62 manikür və pedikür dəstini hədiyyə etməklə xoş bir sürpriz etmiş olarsınız. Bu hədiyyə heç zaman istifadəsiz şkafınızın küncündə qalmayacaq.
        8. Qadının iş həftəsini yüngülləşdirmək çox asandır, bunun üçün ona multibişirici almağınız kifayətdir. Redmond RMK- M911E – hər evdə olması gərəkən həmin o köməkçidir ki, həm ananınızın, həm həyat yoldaşınızın, həm də bacı və qızınızın ürəyinə yol tapacaq. Multibişiricidə hazırlanan yeməklərin faydası haqqında danışmaq isə yersizdir. Belə müasir və lazımlı cihaz hər bir evdar xanımın işini asanlaşdıracaq və sağlam rasionla bütün ailəni sevindirəcək.
        9. Əgər sevdiyiniz xanımın hələ də smart saatı yoxdursa, bu səhvi dərhal düzəltmək lazımdır. Samsung Galaxy Watch Active SM-R500 silver qeyri adi futuristik dizaynıyla sizin obrazınızla vəhdət təşkil edəcək və çox dəbli görünəcək. Sözsüzdür ki, bu müasir cihaz öz çoxfunksionallığı ilə də sahibəsini sevindirəcək. “Xoşbəxt adamlar saata baxmır” deyimi artıq keçmişdə qaldı.
        10. Ho Ho Hoffmann! Şaxta baba 100% HOFFMANN HB7025W blenderini tövsiyə edərdi! Əgər ailədə balaca elflər varsa, hər bir xanımın arsenalında blender olmalıdır. Bu cihaz sıyıq və şorbaların hazırlanmasında əvəzsizdir. Bir də ki, üz və saç üçün maskaların hazırlanmasında da blender köməyinizə çatan ilk yardımçınız olacaq.
        Xanımlarınıza nə hədiyyə etməyinizdən asılı olmayaraq, əsas odur ki, bu, səmimi qəlbdən və sevgi ilə olsun.
        Qarşıdan gələn Yeni İliniz mübarək!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər