
Xbox 360 konsolunun aqibəti
Elm & Texnologiya
07.05.2017
Farid
Microsoft şirkətinin sayca ikinci konsolu olan Xbox 360
oyunçular arasında rəğbət qazanaraq konsol bazarında 10 il qala bildi. Lakin
Xbox şöbəsinin direktoru Phil Spencer bildirib ki, şirkət artıq konsolun
istehsalı haqqında düşünmür. Öz ismarıcında o bütün oyunçulara və Xbox 360
konsolunu yaratmış insanlarə öz təşəkkürünü bildirib. Reallıq isə ondan ibarətdir
ki, şirkət artıq köhnə nəsil konsolu dəstəkləyə bilmir və satışa çıxacaq son
Xbox 360 modelləri daha əvvəl zavodda yığılmışlar olacaq. Lakin bu o demək
deyil ki, şirkət öz istifadəçilərini tamamilə unudacaq.
- Xbox 360 stifadəçiləri həmişə olduğu kimi Xbox Live
servisinin təqdim etdiyi xidmətlərdən istifadə edə biləcəklər. Oyunçular hələ də
online multiplayer, Games with
Gold, Deals with Gold kimi xüsusiyyətlərdən istifadə edəcəklər
- Xbox Live servisinin serverləri Xbox 360 üçün aktiv şəkildə
qalacaq. Beləliklə oyunçular öz online oyunlarını oynaya biləcəklər
- Servisdə 4000+ oyun və bir çox aksesuarlar aktiv şəkildə
qalacaq. Oyunçular istənilən vaxt onları online şəkildə ala bilərlər
- Həmçinin konsolun texniki dəstəyi də əvvəlki kimi fəaliyyət
göstərəcək
Şirkətin hal-hazırki konsolu olan Xbox One və o cümlədən
yeni sistemi Windows 10 –un inkişafı üzrə yeni məlumatlar bu ilin sonuna kimi təqdim
ediləcək.
Paylaş
Bənzər xəbərlər